t s

» » Günümüzün gəncliyi tarixin, zamanın fonunda... - Şortik geyinmək nədir ki...

Günümüzün gəncliyi tarixin, zamanın fonunda... - Şortik geyinmək nədir ki...

3-03-2020, 23:53 Yazar:  Samir Baxılıb: 112 Çap et
Günümüzün gəncliyi tarixin, zamanın fonunda... - Şortik geyinmək nədir ki...
Dünənlə bu günün, bu günlə sabahın arasındakı ziddiyyətlər, bir-birinə qarşı yönəlik ittihamlar bitən deyil.

Görünən odur ki, üstəlik hər şeyin sürətlə, bir göz qırpımında dəyişdiyi bir məqamda bu dəyişkənliyin doğurduğu münasibətlər cəmiyyətdə daha qabarıq şəkildə təzahür edir.


Sanki, nəsillər arasındakı məsafə bir anda gözəgörünməz bir qüvvənin təsiri ilə daha çox uzaqlıq kəsb etməyə başlayır. Bir-birindən fərqli düşüncənin, dərkin, münasibətin formalaşmasında hökmverici qüvvə təbii ki, yenilik, inkişaf adı altında dəyişən cəmiyyətin özüdür. Yəni ,bu məqamda kimdənsə inciməyə dəyməz, daha çox diqqətlə özümüzə baxmalıyıq. Cəmiyyətdə daha çox paradoksal xarakter daşıyan məsələ nəsillər arasındakı barışmazlıqlardır.

Yoxsa, bir şortik məsələsi sosial şəbəkədə bu qədər dartışılmaz ,metro vaqonunda qısa şortik geyinən gənc qızın döyüldüyünü əks etdirən videogörüntü yayılmaz,bu məsələyə icra başçısı özünəməxsus şəkildə münasibət bildirməz,(Hərçənd,İcra başçısının "şortik" geyinən qızın müdafiəsinə dair səsləndirdiyi fikirlərində kifayət qədər ziddiyyətli,təhrik və təhqiredici məqamlar var ) araya girən yaşlı qadın mübahisəni yatırmaq əvəzinə şortik geyinən qıza hucüm çəkib onu döymək istəməzdi.

Əlqərəz,bu vəziyyətə düşməyimizin səbəbləri soyuq başla mühakimə edilib,məsələnin bu şəkilə gəlib çatmasına daxil məsələlər sosial şəbəkə üzərindən dartışılardı,ziyalı mövqeyi əhatəli şəkildə ortaya qoyulardı.Yenə də bu olmadı. Nə isə...

Göründüyü kimi,“Soyuq müharibə”yə bənzər bu münasibət özünü Şərqdə daha çox biruzə verir, az qala həlli tapılmayacaq bir şəkildə qalmaqla, sanki öz həllolunmazlığını isbatlayır.Xaricdə isə bu məsələ demək olar yoxdur, yəni orada gənclik, orta yaş-ahıl, qoca nəsillər arasında münasibətlər şəffaf şəkildə görünür, ən azı bu təsiri bağışlayır. Əlbəttə ki, burada bir vacib şərti unutmaq olmaz ki, Şərqlə xaric sözün bütün mənalarında bir-birindən tarix boyu fərqli düşüncəyə, baxışa malik olan, əxlaqi baxımdan kəskin fərqlənən iki qütb olmuş və olacaqdır.Elə şortik geyinənə dözümsüzlük də buradan qaynaqlanır,çoxları belə düşünür ki,axı biz şərqliyik,müsəlmanıq,adət-ənənələrimiz var...

Amma,bu gün nəsillər arasındakı “soyuq müharibə”nin baiskarı kimi hədəf xarici dövlətləri götürənlər də var. Bu hədəfin doğru seçilməsi məsələsində ifrata varmaq fikrimiz yoxdur, amma şübhəsiz bu günki gəncliyin müəyyən kəsiminin özündənrazı şəkildə hədsiz qərbçiliyi yumşaq şəkildə desək, əcaib düşüncə, əxlaq sahibi olmalarında xaricin yaydığı “əxlaqi ideologiya”nın nəticəsi kimi qəbul edənlər də az deyil. Bu fikirdə israrlı olanlar hesab edirlər ki, hələ mühafizəkar bir dövlətin SSRİ-nin qapılarını xaricin üzünə bərk-bərk bağladığı vaxtlarda belə bu “əxlaqi ideologiya”nın sərhədlərdən sızmasının qarşısını ala bilmirdi. Xatırladıb çox şeyi yada salırlar ki, dar cins geyimlərdən başlamış kişilərin saxladığı saçadək, enlibalaq şalvardan tutmuş rokn-n-roll pərəstişkarlarının, “Bitlz”, “AB-BA”-nın və s. fanatlarının gecələr gizli klublara, zirzəmilərə yığışıb kef məclisləri qurmalarına qədər olan hər şey xaricin xoşagəlməz “hədiyyəsi”ndən başqa bir şey deyildir. Elə bu gün də hələlik götür-qoy davam etməkdədir, ancaq indi bu elə şəkil alıb ki, dilə gətirəndə belə adamın ürəyi bulanır,bu səbəbdən də "şortik" ə dözümsüz yanaşma daxili problem kimi xarakterizə olunur,məsələnin kökləri illər əvvəl sərhədlərimizi aşan bir"konsept" olaraq götürülmür.Bir fərdin fonunda "şortik"in geyinilməz olması tərbiyəvi mahiyyət daşımağa yönləndirilir.

Adam yatsa yuxusuna girməzdi ki, homoseksualistlər, transevitlər, nudistlər nə bilim daha kimlər bir gün Azərbaycanda peyda olacaqlar. Xəyala gəlməzdi ki, bir gün alt paltarı görünən geyimlə ata-ana övladlarını ali məktəblərə yollayacaqlar. Heç cür anlamazdıq ki, gənc oğlan və qızlar arasında munasibətlər bu cür açıq-saçıq xarakter daşıyacaq. Günlərin bir günü...

Bu siyahını uzatmaq olar və bütün bunların mayasında təbii ki,bir zaman Şərq adamının psixologiyasına dağıdıcı təsir göstərmək gücündə olan TV-lərdə yayımlanan “filmlər və verilişlər” dururdusa, hazırda buna internet də təkan verir. Burada məqsəd isə təbii ki, şərq insanında əxlaq dəyərini qoruyub saxlayan adət-ənənələrini aradan qaldırıb adiləşdirməkdir.Bu məqsədli şəkildə edilir.

Daha çox zərər gətirən inkişaf adı altında israrla təbliğ edilən belə film və verilişlərin inkişaf üzərindən yayımlanmasının kimə nə verdiyini anlamaq üçün küçəyə çıxmaq və bir anlığa oradan keçənlərə baxmaq kifayətdir. Heyrətamiz bir mənzərə ilə üz-üzə qalacağımız isə şəksiz-şübhəsizdir: - geyimlərdən tutmuş hərəkətlərə qədər, münasibətlərdən başlamış nizamsız götür-qoylara kimi... Bunların qabağında şortik geyinmək nədir ki...

Gənc nəsillə yaşlı nəsil arasında bu gün bir etimadsızlıq yaşanmaqdadır. Gənclik ömrün qaynar təbiətə malik bir hissəsidir və ötüb keçəsi dövr olmağı da şəksizdir. Bu günün gəncliyi ilə barışmayan bəzi yaşlı nəslin onlardan istəyi, iddiası nədir? Təbii ki, keçmiş adət-ənənələrin qorunub saxlanması, tarixi mentalitetimizə xas olan böyüyün, kiçiyin yolunu gözləyib hörmətlə yanaşılmasıdır.Burada geyim də önəm kəsb edir. Buna əməl etməyən, inkişafı Avropa, xarici dəyərlərinə inteqrasiyada axtaran müəyyən kəsim gənclik isə bunların keçmişdə qaldığının fərqində olub hərəkət etməkdədir. Bunu isə bəzi məsələlərdə haqlı olaraq yaşlı nəsil qəbul etmir və bunun bir “konsept” olaraq respublikamıza Qərb tərəfindən qəbul etdirildiyinin fərqindədir. Dəyərlərin üstündən xətt çəkməklə deqradasiyaya məqsədli şəkildə uğradığımızı yaşlı nəsil və onların tərbiyəsini almış orta nəsil qəbul etsə də,bugünkü gəncliyin mütləq əksəriyyəti qəbul etmir. Elə paradoksal xarakter almaqda davam edən bu məsələ də nəsillər arasında bir barışmazlıq şəklini almaqdadır.

Fuad İsgəndərov

Faktinfo.az saytının baş redaktoru




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
08:40 Fuad İsgəndərov: Günümüzün gəncliyi tarixin, zamanın fonunda… Cəmiyyətdə daha çox paradoksal xarakter daşıyan məsələ nəsillər arasındakı barışmazlıqlar… Dünənlə bu günün, bu günlə sabahın arasındakı ziddiyyətlər, bir-birinə qarşı yönəlik ittihamlar bitən deyil. Görünən odur ki, üstəlik hər şeyin sürətlə, bir göz qırpımında dəyişdiyi bir məqamda bu
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az