t s

» » Azərbaycanda Od çərşənbəsidir

Azərbaycanda Od çərşənbəsidir

3-03-2020, 09:31 Yazar:  Samir Baxılıb: 79 Çap et
Azərbaycanda Od çərşənbəsidir
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

“Report” xatırladır ki, Od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin əməkdaşı İlhamə Qəsəbova “Report”a bildirib ki, bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir.

Akademiya rəsmisi vurğulayıb ki, Su çərşənbəsindən fərqli olaraq Od çərşənbəsində qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır:

“Ailənin büdcəsinə uyğun olaraq təamlardan süfrəyə düzülür. Süfrəyə mütləq şəkildə səməni qoyulmalıdır. Bu çərşənbədə həyətdə tonqal qalanmalıdır. Elə bölgələr var ki, orada həmin ərəfədə yas düşərsə, hörmət əlaməti olaraq tonqal qalanmır”.

Məlumat üçün bildirək ki, martın 10-u Yel çərşənbəsi, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.

Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:17 Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, 19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ
09:47 Bu gün İlaxır çərşənbədir Bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu - İlaxır çərşənbədir. Mediaxeberleri.az xəbər verir ki, Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” adlanır. İnama görə Torpaq
08:47 Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər Mediaxeberleri.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz ənənələri və onların mənaları” yazısını təqdim edir. Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən
08:01 Azərbaycanda Yel çərşənbəsi qeyd olunur Tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Bu gün Novruzun üçüncü çərşənbəsi – Yel çərşənbəsidir. Mediaxeberleri.az xəbər verir ki, Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az