t s

» » İlk dəfə Moskvada keçirilən bu yarışın qalibi azərbaycanlı oldu

İlk dəfə Moskvada keçirilən bu yarışın qalibi azərbaycanlı oldu

28-02-2020, 13:10 Yazar:  Firuzə Baxılıb: 85 Çap et
İlk dəfə Moskvada keçirilən bu yarışın qalibi azərbaycanlı olduRusiyanın paytaxtı Moskvada keçirilən şahmat üzrə “Aeroflot Open” turnirinin qalibi ilk dəfə azərbaycanlı olub.

Mediaxeberleri.az xəbər verir ki, bu ötən il 14 yaşadək şahmatçılar arasında dünya çempionu olmuş Aydın Süleymanlıdır.

O, son turda millimizin üzvü Rauf Məmmədovla heç-heçə etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 14 yaşlı şahmatçı doqquz turdan sonra 6,5 xal toplayıb və rəqiblərini əlavə göstəricidə qabaqlayıb.

İkinci yerdə 6,5 xala malik qazaxıstanlı Rinat Jumabayev qərarlaşdığı halda, “üçlüy”ü eyni xal yığan Rauf Məmmədov qapayıb. Həmçinin, 97 şahmatçının mübarizə apardığı yarışda Vüqar Əsədli 6 xalla 6-cı, Vasif Durarbəyli 4,5 xalla 47-ci və Abdulla Qədimbəyli 4,5 xalla 55-ci olub.

Qeyd edək ki, qaliblərə “Aeroflot” şirkətindən güzəştli aviabiletlər, mehmanxanada qalmaq üçün endirimli kart verilir. Turnirin mükafat fondu isə 140 min avro təşkil edirdi.

Aydın Süleymanlı Oxu.Az-a açıqlamasında bildirib ki, “Aeroflot Open” prestijli yarışdır:

“Bu yarış 18-ci dəfədir keçirilir. Mən yarışda ikinci dəfədir iştirak edirəm. Ötən il B turnirində idim və beynəlxalq usta balı toplamışdım. Bu il isə daha yüksək nəticə əldə etdim. Doqquz oyundan beşində heç-heçə oldu, dördündə isə qələbə qazandım. Qələbə qazandığım şahmatçıların ELO reytinqi 2600, 2700 idi. Düzü, bu yeri gözləmirdim, sevincliyəm”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az