t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Avropa Liqası: “Başakşəhər” 1/8 finala yüksəlib, "Arsenal" mübarizəni dayandırıb

Avropa Liqası: “Başakşəhər” 1/8 finala yüksəlib, "Arsenal" mübarizəni dayandırıb

28-02-2020, 08:53 Yazar:  Samir Baxılıb: 274 Çap et
Avropa Liqası: “Başakşəhər” 1/8 finala yüksəlib, "Arsenal" mübarizəni dayandırıb
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşləri çərçivəsində daha 14 matç keçirilib.

Apasport.az saytının məlumatına görə, Şotlandiyanın “Reyncers” klubunun ardınca 1/8 finala vəsiqə qazanan daha 14 komanda bəlli olub.

Azərbaycan təmsilçisinin olmadığı mərhələdə qonşu Türkiyənin avrokuboklardakı son komandası meydana çıxıb. “Başakşəhər” Portuqaliyada 1:3 hesabı ilə məğlub olduğu “Sportinq”dən bunun revanşını alıb. İstanbullular qarşılaşmaya əlavə edilmiş 30 dəqiqənin sonlarında penalti qolu sayəsində mərhələ adlamağı bacarıblar.

Millimizin hücumçusu Renat Dadaşovun komandası "Vulverhempton" səfərdə "Espanyol"a yenilsə də, ilk matçdakı böyükhesablı qələbə ingilisləri növbəti mərhələyə daşıyıb. Maraq doğuran məqamlardan biri Portuqaliyanın bu turnirdəki hər 3 təmsilçisi - "Sportinq", "Portu" və "Benfika"nın avrokuboklarla vidalaşması olub.

Turun sensasiyası Londonda qeydə alınıb. Səfərdə "Olimpiakos" üzərində qələbə qazanan "Arsenal" doğma arenasında gözlənilmədən məğlub olub. Yunanlar oyuna əlavə edilmiş 30 dəqiqənin sonunda fərqlənərək, sensasiyaya imza atıblar.

Beləliklə, "Reyncers"dən sonra “Roma”, “Volfsburq”, LASK, “Bazel”, “Bayer”, “Vulverhempton”, “Başakşəhər”, "Kopenhagen", "Mançester Yunayted", "Şaxtyor", "İnter", "Sevilya", "Xetafe" və "Olimpiakos" mübarizəni davam etdiriblər.

“Zalsburq” (Avstriya) - “Ayntraxt” (Almaniya) oyunu isə fırtına səbəbindən təxirə salınıb. Fevralın 28-də keçiriləcək görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bu komandalar arasındakı ilk matçda almanlar 4:1 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatması fevralın 28-də, oyunları isə martın 12-də və 19-da keçiriləcək.

Avropa Liqası
1/16 final, cavab oyunları
27 fevral

21:55. “Gent” (Belçika) - “Roma” (İtaliya) - 1:1
David, 25 - Klyuvert, 29
İlk oyun – 0:1
21:55. “Malmö” (İsveç) - “Volfsburq” (Almaniya) - 0:3
Brekalo, 42; Gerhard, 65; Joao Viktor, 69
İlk oyun – 1:2
21:55. LASK (Avstriya) - “Alkmar” (Hollandiya) - 2:0
Raquz, 44 (pen.), 50
İlk oyun – 1:1
21:55. “Bazel” (İsveçrə) - APOEL (Kipr) - 1:0
Fray, 38 (pen.)
İlk oyun – 3:0
21:55. “Portu” (Portuqaliya) - “Bayer” (Almaniya) - 1:3
Mareqa, 65 - Alario, 10; Demirbay, 50; Haverts, 58
İlk oyun – 1:2
21:55. “Espanyol” (İspaniya) - “Vulverhempton” (İngiltərə) - 3:2
Kalyeri, 16, 57 (pen.), 90+1 - Traore, 22; Doherti, 79
İlk oyun – 0:4
21:55. “Başakşəhər” (Türkiyə) - “Sportinq” (Portuqaliya) - 4:1
Şkrtel, 31; Aleksiç, 45; Viska, 90+2, 119 (pen.) - Vyetto, 68
İlk oyun – 1:3
00:00. “Benfika” (Portuqaliya) – “Şaxtyor” (Ukrayna) - 3:3
Pizzi, 9; Dias, 36; Silva, 47 - Dias, 12 (avtoqol); Stepanenko, 49; Patrik, 71
İlk oyun – 1:2
00:00. “İnter” (İtaliya) - “Ludoqorets” (Bolqarıstan) - 2:1
Biraqi, 32; Lukaku, 45+4 - Oliveyra-Souza, 26
İlk oyun – 2:0
00:00. “Mançester Yunayted” (İngiltərə) - “Brügge” (Belçika) - 5:0
Fernandes, 27 (pen.); İqalo, 34; Maktomine, 41; Fred, 82, 90+3
İlk oyun – 1:1
00:00. “Sevilya” (İspaniya) - ÇFR (Rumıniya) - 0:0
İlk oyun – 1:1
00:00. “Seltik” (Şotlandiya) - “Kopenhagen” (Danimarka) - 1:3
Eduard, 82 (pen.) - Santos, 51; Biel, 85; Ndoye, 88
İlk oyun – 1:1
00:00. “Ayaks” (Hollandiya) - “Xetafe” (İspaniya) - 2:1
Danilo, 10; Olivera, 63 (avtoqol) - Mata, 5
İlk oyun – 0:2
00:00. “Arsenal” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan) - 1:2
Obameyanq, 113 - Sisse, 53; əl-Arabi, 119
İlk oyun – 1:0




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:24 UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulub. Mediaxeberleri.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da qrupda, eləcə də turnirdə son oyununa çıxıb. Ağdam klubu Bakıda “Düdelanj”ı qəbul edib. Hər iki komanda pley-offa vəsiqə şansını itirdiyindən bugünkü görüş formal xarakter daşıyıb.
09:40 UEFA Avropa Liqasının beşinci turuna yekun vurulub Noyabrın 28-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunları keçirilib. Mediaxeberleri.az xəbər verir ki, gün ərzində aşağıdakı hesablar qeydə alınıb: A qrupu: “Sevilya” (İspaniya) – “QARABAĞ” (Azərbaycan) - 2:0; “Düdelanj” (Lüksemburq) - APOEL (Kipr) - 0:2. B qrupu: “Luqano”
08:48 UEFA Avropa Liqasının qrup mərhələsində ikinci tura yekun vurulub UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunlarına yekun vurulub. Mediaxeberleri.az xəbər verir ki, 24 qarşılşamandan ibarət olan turda aşağıdakı hesablar qeydə alınıb: “A” qrupu: “Sevilya” (İspaniya) - APOEL (Kipr) - 1:0, “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan) - 1:4.
08:13 Çempionlar Liqası: "Real", "Yuventus", "Bavariya" və daha 4 komanda növbəti mərhələdə! - YENİLƏNİB Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Mediaxeberleri.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib. E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edib. Rəqibini 5:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi adını
09:21 "Arsenal" "pley-off"da, "Fənərbaxça" qalib gəldi, "Beşiktaş" xal itirdi Avropa Liqasında qrup mərhələsində 4-cü turun oyunları keçirilib. Mediaxeberleri.az-ın xəbərinə görə, 12 qrupda 24 qarşılaşma oynanılıb. Turnirdə ölkəmizi təmsil edən “Qarabağ”la birgə E qrupunda mübarizə aparan “Arsenal”la “Sportinq” Londonda üz-üzə gəlib. Matç qolsuz bərabərliklə başa

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az