t s

» » İntihar edən universitet tələbəsinin atası: “Xəbər göndərdi ki, qızını oğlum qaçırıb və iş-işdən keçib”

İntihar edən universitet tələbəsinin atası: “Xəbər göndərdi ki, qızını oğlum qaçırıb və iş-işdən keçib”

26-02-2020, 12:43 Yazar:  Firuzə Baxılıb: 50 Çap et
İntihar edən universitet tələbəsinin atası: “Xəbər göndərdi ki, qızını oğlum qaçırıb və iş-işdən keçib”“Fevralın 24-də Babahüseyn Məmmədovun atası mənə xəbər göndərdi ki, sənin qızını oğlum qaçırıb və iş-işdən keçib”.

Bunu Mediaxeberleri.az-a açıqlamasında ötən gün özünü dənizə ataraq intihar edən Tibb Universitetinin tələbəsi Nəzakət Rzazadənin atası Müğdət Rzazadə deyib.

O bildirib ki, qızı intihar edəcəyi barədə qabaqcadan oğlana məlumat verib:

“Qızımın qaçırıldığını biləndə əsəbiləşmişdim. Nəzakət təhsilinə görə beş il Bakıda yaşayıb, semestr imtahanlarını verib, fevralın 3-də rayona gəlmişdi. Ayın 16-da da kənddən özüm qızımı Bakıya yola saldım.

Hadisədən sonra oğlan indi özünə gəlib. Dediyinə görə, guya qızım ona zəng edib, deyib ki, biabır olmuşam, özümü dənizə atmağa gedirəm. Mənim qızım intihar edəcək ağılda deyildi”.

Tibb Universitetinin mətbuat katibi Günel Aslanova da saytımıza açıqlamasında bildirib ki, Nəzakət Rzazadənin qaçırılması barədə onlarda məlumat yoxdur:

“N.Rzazadə normal, oxuyan tələbə olub. Biz də hadisənin şokundayıq. Semestr imtahanlarından sonra ötən həftə dərslərdə də iştirak edib. Davamiyyətində heç bir problem olmayıb. Onu Balahüseyn Məmmədovun qaçırması barədə isə bizdə məlumat yoxdur”.

Qeyd edək ki, mətbuatda Tibb Universitetinin tələbəsi, 1998-ci il təvəllüdlü Nəzakət Rzazadənin bulvarda intihar etməsi və sevgilisi Balahüseyn Məmmədovun onu xilas etmək üçün özünü dənizə atması barədə məlumat yayılmışdı. İntihara ailələrin onların münasibətinə qarşı çıxmasının səbəb olduğu bildirilsə də, qızın ailəsi bunu təkzib etmişdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:43 Gülnarə İsrafil: İçimdə ölənlər Yazıya başlamadan cümlə qurmaq o qədər çətinimə gəlir ki, elə bilirəm tikdiyim binanın nə isə hasarı, ya rəngi, ya da bir kərpici əskik qalıb. Onu dönüb dolanıb tamamlamağım gərək. Belə də olur. İki gün yazının başına pərvanə oluram. Hələ bir vaxt heç yaza bilmirdim. Sətirlər məni qorxudurdu. İndi
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az