t s

» » "XOCALI FACİƏSİ XALQIMIZIN QAN YADDAŞIDIR ”

"XOCALI FACİƏSİ XALQIMIZIN QAN YADDAŞIDIR ”

24-02-2020, 08:12 Yazar:  Samir Baxılıb: 122 Çap et
"XOCALI FACİƏSİ XALQIMIZIN QAN YADDAŞIDIR ”
Xalqımız bu faciəni heç zaman unutmayacaq



Hər bir azərbaycanlı kimi, mənim üçün də Xocalı soyqırımının anım günü 26 fevral tarixi ilə məhdudlaşmır.Keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində olması tarixin ibrət dərsidir. Azərbaycanın çağdaş tarixində də unudulması mümkün olmayan, bütövlükdə xalqın qəlbində dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman milli yaddaşdan silinməyəcəkdir.

Azərbaycan növbəti faciənin ildönümü ərəfəsindədir.1992-ci il 26 Fevral hadisələrinin 28-ci il dönümü tamam olur. Erməni və rus hərbi birləşmələrinin Xocalıda dinc əhaliyə qarşı tutduğu divan aradan 28 il keçməsinə baxmayaraq,hələ də yaddaşlardan silinmir. Bu dəhşətli soyqırımın günahkarları öz cəzasını almayıb və bu günə qədər də cəzasızdırlar...

Odlar yurdu Azərbaycan hələ lap qədim zamanlardan çox böyük əraziyə,zəngin və əsrarəngiz təbiətə malik olmuşdur.Şirin su mənbələrinin bolluğu, torpağın münbitliyi, zəngin yeraltı, yerüstü sərvətləri ilə vətənimiz diqqət mərkəzində olmuş və bir çox dövlətlər Azərbaycana qarşı qərəzli mövqe tutaraq onu ələ keçirməyə çalışmışlar.Xalqımız bütün bu hücumlara mərdliklə sinə gərmiş,Vətənin bir qarış torpağını belə yadelli işğalçılara verməmişdir.Lakin Azərbaycana gözlənilmədən arxadan zərbə dəydi. Axı biz haradan biləydik ki,uzun illərdən bəri özümüzə dost sandığımız,öz torpaqlarımızda yer verib, çörəyimizə , suyumuza şərik etdiyimiz ermənilər dönüklük edəcək,xalqımızın kökünü kəsmək, torpaqlarımızı ələ keçirmək üçün ən dəhşətli üsullara əl atacaqlar? Azərbaycan xalqına qarşı törədilmiş qətliamlardan biri və bəlkə də, ən amansızı Xocalıda quduz ermənilər tərəfindən törədilmiş soyqırımıdır.

Yüzlərlə qəhrəman oğullarımızı buna vadar edən yalnız və yalnız vətənə məhəbbət hissi olmuşdur.Şəhidlik-vətənpərvərliyin ən uca zirvəsidir. Ümummilli liderimiz Heydər Əliyev şəhidliyə yüksək qiymət verərək demişdir:

" Şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqdır”.

Qəhrəman oğullarımızın mübarizəsinə baxmayaraq Xocalı düşmən əlinə keçdi.Nəticədə,613 nəfər öldürüldü,8 ailə tamamilə məhv edildi, 25 uşaq valideynlərinin hər ikisini,120 uşaq valideynlərinin birini itirdi,1275 nəfər əsir götürüldü və hal-hazırda da ən qəddar üsullarla işgəncələrə məruz qalmaqdadırlar.
Əhalinin bir hissəsi isə birtəhər qaçıb canını qurtarmağa nail oldu, doğma torpaqlarından didərgin düşərək Bakıya pənah gətirdi.

Bu gün də Dağlıq Qarabağdan didərgin salınmış bir milyona yaxın qaçqınımız Azərbaycanın müxtəlif yerlərində məskunlaşmışdır.Qaçqın və məcburi köçkünlər dövlətin himayəsi altında yaşayır,onların bütün ehtiyacları təmin edilir və onların yaşaması üçün hər cür şərait yaradılıb.Lakin buna baxmayaraq,onlar öz yurd-yuvalarının həsrəti ilə yaşayır və torpaqlarına yenidən qayıdacaqları günü böyük səbirsizliklə gözləyirlər.

Gün o gün olacaq ki, qaçqınların ümidləri doğrulacaq,müstəqil Azərbaycan Respublikası öz bütövlüyünü bərpa edəcək və həmişə hamı üçün əlçatmaz zirvə olaraq qalacaqdır.


Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Ağstafa rayon qeydiyyat şöbəsinin rəisi, ədliyyə müşaviri
Arifə Qasımova




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:42 Məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əsaslı islahatlar ölkə həyatının bütün sahələri kimi, məhkəmə-hüquq sistemini də əhatə edir. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun AZƏRTAC-a təqdim etdiyi məqalədə son 16 ildə məhkəmə
19:09 Ümummilli liderimiz Heydər Əliyev ölkədə yenidən siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan ədliyyəsinin həyatında yeni dövr başladı Noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Artıq ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından 101 il ötür. Bu gün ölkəmizdə dövlət idarəçiliyinin həyata keçirilməsində,
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az