t s

» » Türkiyə çempionatında it meydana girərək oyunu dayandırdı - VİDEO

Türkiyə çempionatında it meydana girərək oyunu dayandırdı - VİDEO

18-02-2020, 21:25 Yazar:  Samir Baxılıb: 129 Çap et
Türkiyə çempionatında it meydana girərək oyunu dayandırdı - VİDEO
Futbol üzrə Türkiyə I liqasının XXII turunda keçirilən "Fatih Karagümrük" - "Giresunspor" oyununda maraqlı hadisə baş verib.

"Report" "NTV"yə istinadən xəbər verir ki, matçın gedişində meydana daxil olan it oyunun dayanmasına səbəb olub.

Meydan sahiblərinin futbolçusu cərimə zərbəsini yerinə yetirməyə hazırlaşarkən topa yaxınlaşan it onunla oynamağa başlayıb. Bir müddət topu heç kimə vermək istəməyən "dəvətsiz qonağ"ı futbolçular aldadaraq meydandan çıxarsalar da, o, yenidən geri qayıdıb. Bu dəfə "Fatih Karagümrük" klubunun kapitanı iti qucağına alaraq meydanın kənarına aparıb. Üçüncü dəfə meydana daxil olan it sonda mühafizəçilər tərəfindən oradan uzaqlaşdırılıb.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:16 AFFA 2 dəqiqəyə görə 800 manat cərimələdi AFFA İntizam Komitəsinin iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub: Premyer Liqanın 9-cu turunun “Keşlə” – “Qəbələ” matçı “Keşlə” klubuna görə 2 dəqiqə gec başladığı üçün meydan sahibləri 800 manat cərimə olunur. Birinci
15:52 AFFA-dan "Neftçi"nin məşqçisinə sərt cəza: 20 oyundan uzaqlaşdırıldı, 16 min manat cərimə ödəyəcək AFFA-nın İntizam Komitəsi XXVIII Premyer Liqanın III turunda "Neftçi" - "Sumqayıt" oyununda baş verən insidentlərlə bağlı qərar qəbul edib. Mediaxeberleri.az xəbər verir ki, matçın "Neftçi" klubunun məşqçisi Etibar Tarıverdiyev rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə
08:01 Prezident İlham Əliyev final oyununa baxdı - FOTO Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub. Mediaxeberleri.az Azərtac-a istinadən xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti
16:27 “Qarabağ”la bağlı qərar açıqlandı Azərbaycan Premyer Liqasının səkkizinci turu çərçivəsində keçirilən “Qarabağ” – “Səbail” matçında Ağdam klubunun heyətində protokolda adı olmayan futbolçu meydana çıxdığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Mediaxeberleri.az-ın xəbərinə görə, bu barədə qərar bu gün, oktyabrın
21:46 Azərbaycan futbol üzrə AÇ-na gələcək əcnəbilər üçün viza rejimini sadələşdirdi Azərbaycan prezidenti İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az