t s

» » Qaradağlı faciəsinin şahidi: Həmin günlərin ağrı-acısı yaddaşımda silinməz iz qoyub

Qaradağlı faciəsinin şahidi: Həmin günlərin ağrı-acısı yaddaşımda silinməz iz qoyub

17-02-2020, 22:01 Yazar:  Samir Baxılıb: 114 Çap et
Qaradağlı faciəsinin şahidi: Həmin günlərin ağrı-acısı yaddaşımda silinməz iz qoyub
Xocavənd rayonunun Qaradağlı kəndi 1992-ci il fevralın 17-də Ermənistan silahlı bölmələri tərəfindən işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Əsirlikdə saxlanılanlara qarşı vandalizm, insanların diri-diri basdırılması, dişlərinin çəkilməsi, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi.

Qaradağlı faciəsinin şahidi Şahruz Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində 28 il əvvəl baş verən qanlı hadisələri xatırlayaraq deyib: “Fevral ayının 14-də düşmən kəndi mühasirəyə alaraq hücuma keçdi. Qüvvələr qeyri-bərabər olsa da, dörd gün inadla müqavimət göstərdik. Dörd gün ərzində 7 şəhidimiz oldu. Kömək gözləyirdik, amma heç bir kömək yox idi. Nəhayət ayın 17-də gülləmiz qurtardı və əsir götürüldük. Ermənilər yaralanmış iki nəfəri yerindəcə güllələdilər. İki nəfəri ağacla başlarına döyə-döyə öldürdülər.

Əsirlikdə olmazın əzab-əziyyət çəkmişik. Həmin günlərin ağrı-acısı yaddaşımda silinməz iz qoyub. Əsir götürülənlərin arasında məktəb yaşlı uşaqlar, qadınlar, qocalar var idi. Yaşlıları, qadınları bir maşına, cavanları isə başqa maşınlara doldurdular. Kəndin Bəylik bağı adlanan yerində maşını saxlayıb kənd sakinlərinin bir hissəsini güllələdilər. Ölənləri və yaralıları silos quyusuna töküb üstünü torpaqladılar. İki nəfəri Zəki bulağında öldürdülər. Beləcə, yolboyu maşınları saxlayır, əsirləri güllələyirdilər. Sonra bizi Xankəndinə gətirib soyuq zirzəmiyə saldılar. Səhər tezdən erməni silahlıları əsirlərdən 5 nəfəri apardılar və onlardan daha heç bir xəbərimiz olmadı. Qardaşım Vətən də onların arasında idi. Bizi isə hər gün döyür, işgəncələr verirdilər. 55 gün əsirlikdə qalandan sonra bizimkilər məni əsirlikdən geri ala bildilər. Çox təəssüf ki, qardaşım Vətən və eləcə də neçə-neçə həmkəndlim əsirlikdən qayıtmadı və çoxunun da axırı nə oldu, bilmədik”.

Hazırda Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində məskunlaşan Şahruz Əliyev övladı ilə birlikdə Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın azadlığı uğrunda döyüşlərə hazır olduğunu bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:47 Qaradağlı faciəsindən 28 il ötür Azərbaycan Respublikası, Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 28 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az