t s

» » Paşinyanın “Böyük Tiqranı” kimdir? – Tarixi faktlar

Paşinyanın “Böyük Tiqranı” kimdir? – Tarixi faktlar

17-02-2020, 14:26 Yazar:  Samir Baxılıb: 131 Çap et
Paşinyanın “Böyük Tiqranı” kimdir? – Tarixi faktlar
Ermənistan Baş Naziri Nikol Paşinyanın “erməni kralı” olaraq qeyd etdiyi Böyük Tiqran əslən Parfiyanın arşakilər sülaləsinə mənsub bir şəxs olub.

Bu sözləri Kult.az-a açıqlamasında tarixçi Kərəm Məmmədov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanın “erməni kralı” Böyük Tiqranın romalı Pompeylə danışıqlar aparan zaman Cənubi Qafqazda və bütün dünyada Azərbaycan adlı ölkənin olmaması barədə sözlərini şərh edərkən deyib. O bildirib ki, bu gün dünya siyasi xəritəsində çox az dövlət tarixi adını saxlayıb:

“Nəzərə almaq lazımdır ki, tarixdə hayların “Armeniya” adlı bir krallığı olmayıb. “Armeniya” coğrafi bir termindir və haylarla heç bir bağlılığı yoxdur. Təsadüfü deyil ki, bu gün ermənilər özlərini “hay”, ölkələrini isə “Hayestan” adlandırırlar.

Paşinyanın “erməni kralı” olaraq qeyd etdiyi Böyük Tiqran adlı tarixi şəxs həqiqətən də olub. Lakin bu tarixi şəxsin hay hökmdarı olması tamami ilə uydurmadır. Böyük Tiqran etnik olaraq partdır və Parfiya imperiyasının arşakilər sülaləsinə mənsub olub. Məşhur amerikalı tarixçi Vayn Kepperin arşakilər sülaləsi ilə bağlı xüsusi araşdırması var. Bu əsərdə arşakilər sülaləsinin bütün nümayəndələri haqda ətraflı məlumat qeyd edilib. Erməni tarixçiləri də bütün əsərlərində qeyd edirlər ki, arşakilərin haylarla heç bir əlaqəsi yoxdur”.

K.Məmmədov bildirib ki, Böyük Tiqran tarixdə heç də müsbət obraz kimi xatırlanmır:

“Tiqran öz ailəsinə xəyanət etmiş bir şəxs olaraq tanınır. Ermənilərin ağız dolusu danışdığı və özününküləşdirmək istədiyi bu şəxsin tarixdə elə də ciddi bir fəaliyyəti olmayıb. Tarixi qeydlərdə Tiqranın Pont çarlığı ilə uzun illər müharibə etməsi və elə bu müharibə gedişində əsir alınaraq həbs edilməsi qeyd olunur.

Nikol Paşinyanın qeyd etdiyi erməni kralı Böyük Tiqranın romalı hərbi lider Pompeylə danışıqlar aparması da tarixi bir həqiqətdir. Lakin görünür, Paşinyan Roma sərkərdəsi Pompey ilə Tiqran arasında gedən danışıqların təfərrüatını bilmir. Bilsəydi, bu məsələni belə rahatlıqla tarixi arqument olaraq dilə gətirməzdi.

Bəli, Tiqran ilə Pompey arasında danışıqlar olub, lakin bu danışıqlar zamanı o özünün olmayan torpaqlarını Pompeyə verib. Bundan sonra Tiqran Roma himayəsində kiçik bir ərazidə vassal kimi hakimiyyət qura bilib. Onu da qeyd edim ki, Paşinyanın sözlərinin əksinə, Tiqranın yaşadığı tarixi dövrdə Qafqazda Albaniya, Araz çayından cənubda isə Atropatena dövlətləri mövcud olub. Dünya tarixşünaslığında Azərbaycan coğrafi adının Atropatenadan formalaşdığı birmənalı olaraq qəbul edilir”, - deyə o bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
19:41 XALIQ SƏFƏVI: XƏZƏR XANLIĞININ YARANMASI VƏ ILK DÖVRLƏRI Tarixdə bu dövlət Xəzər xaqanlığı, Xəzər imperiyası,Yəhudilər Türk-Musəvi imperiyası kimi göstərilir. İndiki Güney Rusiya ərazisində olan Xəzərlərin VI yüzildən əvvəlki tarixi qeyri-müəyyənlik içindədir. 550-630-cu illər arası Göytürk imperatorluğunun bir parçası idilər. 7-ci yüzilin ortasında
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az