t s

» » Ayxan Abbasov: "Arxayınlıq zəifliyimizdir"

Ayxan Abbasov: "Arxayınlıq zəifliyimizdir"

16-02-2020, 09:40 Yazar:  Samir Baxılıb: 95 Çap et
Ayxan Abbasov: "Arxayınlıq zəifliyimizdir"
"Önəmli həftə idi. Xal fərqini artıra bilərdik. Yuxarı pillələrə yaxınlaşmaq şansımız var idi. Rəqibi tanıyırdıq. Futbolçulara da demişdik ki, son oyunlarda kompakt oynayırlar. Bu gün də fərqli sistemdə oynadılar. Rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik. Bəzi futbolçuların oyunları alınmadı".

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Sabah" komandasına 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.

Hər dəfə yaxşı oynamağın mümkün olmadığını deyən gənc mütəxəssis bu matçdan dərs çıxarmağa çalışacaqlarını bildirib: "Bu gün arxayınlaşma yox idi. 1 qələbədən sonra arxayınlaşırıqsa, bu, bizim zəifliyimizdir. Rəqib nə "Neftçi", nə də "Zirə" kimi oynadı. Müdafiədə yaxşı idilər. Əks hücumlara bel bağlayırdılar. Əsas odur ki, bu, sonuncu olsun. Gələn tur səfərdə "Qarabağ"la vacib oyunumuz var".

Abbasov məğlubiyyətə rəğmən, sərəncamındakı futbolçulara inam ifadə edib: "Oyunumuza elə də bərbad deməzdim. Hücumlarımız da var idi, ancaq az idi. Burda günahkar axtarmıram. Bu futbolçulara inanıram. Futbolçuların çoxu ən yaxın izləyicimiz "Zirə"nin "Qarabağ"a 0:6 hesabı ilə uduzduğunu bilmirdi. Bu gün istədiyimiz hücumu qura bilmədik. Hər komanda bütün oyunlarda qalib gəlmək istəyir".

Azərbaycanlı mütəxəssis milli komandanın baş məşqçi postuna namizədlər arasında yerlilərin olmamasına özünün cavab verməsini düzgün saymayıb: "Bu işə cavabdeh olanlar var. Gələn baş məşqçiyə də uğurlar arzu edəcəyik. Çünki bu milli komanda hamımızındır".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:05 Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ilə görüş keçirdi - Qazaxda Bu gün Gənclər Mərkəzinin akt zalında Qazax rayonu İcra hakimiyyətinin başçısı Rəcəb Babaşov “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 14-17 noyabr tarixlərində Lənkəran-Masallı-Astara istiqamətində tur-aksiyanın iştirakçıları və valideynləri ilə görüş keçirdi. Mediaxeberleri.az xəbər verir ki,
23:39 Kamal Quliyev: ''Əlimdən gələni edəcəm ki, “Neftçala” dağılsın'' "I diviziona belə komanda lazım deyil. Bu komanda I diviziondan doyub. Nə qədər eyni komandalarla oynamaq olar? Guya Premyer Liqada 10 komandanın olmağı yaxşıdır? Bunlar bir-birilə qarşılaşmaqdan bezmirlər? Bölgələrdə də futbol yaratsalar, nə olar ki?" “Neftçala” klubunun baş məşqçisi Kamal
14:43 Çingiz Abdullayev: "Bunu bilsəydik nə dərdimiz?" Bu gün Azərbaycan Premyer Liqasının XXIV turunda "Qəbələ" ilə qarşılaşan "Neftçi" fasiləyə üstün yollansa da, yekunda qələbəni əyalət təmsilçisi qazanıb. Oyundan sonra "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb. - Oyunla bağlı
17:36 CEMPİONLUGA LAYIQ OLAN KOMANDA – NEFTCALA FC MEDİAXEBERLERİ.AZ XƏBƏR VERİR Kİ, BU GÜN NEFTCALA FUTBOL KOMANDASININ BAŞ MƏŞQİCİSİ KAMAL QULİYEV BOYUKTURK.NET-in QONAGI OLUB. Kamal müəllim özünüz haqqinda ətrafli məlumat verərdiniz? Mən Kamal Quliyev Agaseyid oglu 1976-ildə Agsu rayonunda anadan olmuşam valideynlərimin ikisi də müəllim
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az