t s

» » Orqanizmi bütün viruslardan qorumağın yolu tapıldı

Orqanizmi bütün viruslardan qorumağın yolu tapıldı

15-02-2020, 09:01 Yazar:  Samir Baxılıb: 93 Çap et
Orqanizmi bütün viruslardan qorumağın yolu tapıldı
Çində tüğyan edən koronavirus epidemiyası göstərir ki, viruslar bəşəriyyət üçün daim təhlükə yaradır. Onların bəzilərinə qarşı müntəzəm olaraq vaksinlər hazırlana bilir. Lakin bu proses çox vaxt aparır və hər kəsə kömək etmir, eləcə də yeni viruslara qarşı müdafiə etmir.

Massaçusets Ümumi Profilli Xəstəxanasının (ABŞ) alimləri Almaniyanın Heydelberq Xərçəng Araşdırma Mərkəzindən olan həmkarları ilə birlikdə apardıqları tədqiqatlar nəticəsində əksər virusların zəif tərəfini müəyyən edə biliblər.

“Cell Reports” jurnalında yerləşdirilən press-relizə əsasən, bu, “Argonaute” qrupuna daxil olan AGO4 zülalıdır.


Alimlər siçanlar üzərində “Argonaute” zülalının virusəleyhinə təsirini öyrənən zaman aydın olub ki, tərkibində AGO4 zülalı az olan hüceyrələr qrip də daxil olmaqla, müxtəlif virus infeksiyalarına qarşı hiperhəssasdırlar. Bir sözlə, AGO4 zülalının miqdarının az olmağı məməlilərin hüceyrələrinin virusa yoluxma ehtimalını artırıb.

Beləliklə, tədqiqatçılar nəticəyə gəliblər ki, bu zülalın miqdarının artırılması immun sistemini bərkitməyə kömək və əksər viruslardan müdafiə edə bilər .

Press-relizə əsasən, tədqiqatlar hələ davam etdirilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:40 Pediatr: Uşaqlar arasında yayılan boğaz ağrısı qrip deyil Son günlər ölkədə qrip, soyuqdəymə, boğaz ağrısından şikayətlənənlərin sayı artıb. İşdə, məktəbdə, küçədə hamı “qrip” olduğunu deyir. Xüsusən azyaşlıların bu cür narahatlığına biganə yanaşmaq, onları xəstə-xəstə bağçaya, məktəbə yola salmaq daha çox ciddi xəstəliklərin yaranmasına rəvac verə bilər.
09:10 Qonşumuzda donuz qripi tüğyan edir: bizdə vəziyyət necədir? Builki payız-qış mövsümündə (2018-ci ilin oktyabrından indiyədək olan dövr) 270-dən çox xəstədən respirator virus infeksiyaları, yaxud qripə bənzər xəstəliklər üzrə laborator müayinələr üçün nümunələr götürülüb. Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM)
09:17 Azərbaycanda təhlükəli qrip var? - Səhiyyə Nazirliyinin CAVABI Hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir. Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib. Onun sözlərinə görə, bu il ağır kəskin respirator
07:51 Aqrar sahənin gənc alimləri: “Bizə güvənə bilərsiz” – Konfrans + Fotolar Azərbaycan Respublikası Kənd Təsrrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alimlər Şurasının “Keçilmiş yol və yeni dövrün çağırışları” mövzusunda ümumrespublika konfransı keçirilib. Kənd Təsrrüfatı Nazirliyi yanında Baytarlıq Nəzarəti Xidmətinin akt zalında təşkil olunmuş
17:35 Gizli kənd TAPILDI Fotoqraf Jordi Ruiz Cirera Boliviya'da yaşayan Mennonitlər'in gizli yaşamasını görüntülədi. Mennonitlər texnologiyadan imtina edən bir xalqdı. Kəndin xüsusi qaydaları var. Axtarışlara görə Mennonitlərin sayı 1,5 milyon-dur.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az