t s

» » "BƏLİ, BİZ CƏBRAYIL RAYONUNU İŞĞAL ETMİŞİK" - Paşinyandan yeni etiraflar

"BƏLİ, BİZ CƏBRAYIL RAYONUNU İŞĞAL ETMİŞİK" - Paşinyandan yeni etiraflar

15-02-2020, 00:06 Yazar:  Samir Baxılıb: 68 Çap et
"BƏLİ, BİZ CƏBRAYIL RAYONUNU İŞĞAL ETMİŞİK" - Paşinyandan yeni etiraflar
Paşinyan deyib ki, konstruktiv addımlar atmaqdan çəkinir, çünki bu, onun Ermənistanda hakimiyyətini itirməsinə səbəb ola bilər

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan torpaqlarının işğal olunması faktını etiraf edib. Virtualaz.org “Vestnik Kavkaza” portalına istinadən bildirir ki, o, bununla bağlı Münxen Təhlükəsizlik Konfransında iştirak üçün səfər etdiyi Almaniyada danışıb.

Konfrans çərçivəsində keçirilən görüşün iştirakçısı Gülnar Qurbanova Paşinyana Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sual verib.

O bildirib ki, Ermənistan tərəfindən işğal olunan Cəbrayıl rayonunda doğulub və hələ də doğma torpaqlarına geri qayıda bilmir.

Bu suala cavab verən N.Paşinyan etiraf etməli olub: “Bəli, biz Cəbrayıl rayonunu işğal etmişik”.

Ancaq o, işğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin və qaçqınların öz doğma torpaqlarına nə vaxt və necə qayıda biləcəkləri barədə sualı cavabsız qoyub.

Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən danışarkən daha bir etiraf edib. O deyib ki, konstruktiv addımlar atmaqdan çəkinir, çünki bu, onun Ermənistanda hakimiyyətini itirməsinə səbəb ola bilər.

Sualları cavablandıran Nikol Paşinyan həm tarixi faktlar, həm də Dağlıq Qarabağ münaqişəsi zonasındakı mövcud vəziyyət barədə, həmişə olduğu kimi, yenə yalan söyləyib və faktiki olaraq Ermənistanın törətdiklərində, ənənəsinə uyğun, Azərbaycanı ittiham edib.

Sələflərinin-Qarabağ uğrunda müharibənin təşəbbüskarı olan Serj Sarkisyan və Robert Köçəryanın ardınca o, işğal edilmiş Azərbaycan ərazilərini “təhlükəsizlik kəmər” adlandırıb. Beləliklə, o, alman ictimaiyyətini inandırmağa çalışıb ki, guya münaqişədə təcavüz nümayiş etdirən Yerevan yox, Bakıdır.

Qeyd edək ki, Paşinyana verilən sualların əksəriyyəti konkret olaraq Dağlıq Qarabağ münaqişəsi, daha sonra Ermənistanın Rusiya ilə münasibətlərinə həsr olunub. Baş nazir ilk növbədə respublikanın iqtisadi və sosial uğurları barədə danışacağını gözləsə də, bu mövzu iclasdakı alman iştirakçıları üçün maraqlı olmayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
09:23 “Qarabağ klanı” meydana yeni lider çıxarır: Paşinyana rəqib Ermənistanın sabiq prezidenti Serj Sarkisyan sələfi Robert Köçəryanla yollarını ayırmağa başlayıb. Serj Sarkisyan Nikol Paşinyan hökumətinə qarşı mübarizədə yeni plan hazırlayıb. O, bir çoxlarının gözlədiyi kimi, ümidlərini heç də Robert Köçəryanın həbsdən çıxmasına bağlamayıb. Serj Sarkisyan
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az