t s

» » Qırğızıstan mətbuatı Azərbaycanda keçirilən parlament seçkilərini geniş işıqlandırıb

Qırğızıstan mətbuatı Azərbaycanda keçirilən parlament seçkilərini geniş işıqlandırıb

14-02-2020, 19:32 Yazar:  Samir Baxılıb: 69 Çap et
Qırğızıstan mətbuatı Azərbaycanda keçirilən parlament seçkilərini geniş işıqlandırıb
Qırğızıstanın “Kabar” milli informasiya agentliyi, “Sputnik Qırğızıstan”, “AKİpress”, “Centralasia.media” xəbər agentlikləri, o cümlədən “Veçerniy Bişkek” qəzeti və digər KİV-lər Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı informasiyalar, məqalələr, müsahibələr çap edib.

Parlament seçkilərində müşahidəçi kimi iştirak edən “Veçerniy Bişkek” qəzetinin baş redaktorunun birinci müavini Nina Niçiporova öz məqaləsində Qırğızıstan müşahidəçilərinin olduqları bütün məntəqələrdə seçkilərin açıq, şəffaf və demokratik şəraitdə keçdiyini bildirib. Məqalədə deyilir ki, Qırğızıstandan olan nümayəndə heyətinə Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyanın sədri Nurjan Şayldabekova, Joqorku Keneşin (Parlamentin) Azərbaycan-Qırğızıstan Dostluq Qrupunun rəhbəri Tazabek İkramov, Prezident Aparatı rəhbərinin müavini, Prezidentin Joqorku Keneşdə səlahiyyətli nümayəndəsi Kurmanbek Diykanbayev, Qırğızıstan Xalq Assambleyası Şurasının sədri, akademik Abdıqanı Erkebayev, “#ONE Magazine” jurnalının baş redaktoru Aida Dolotbakova və digər şəxslər daxil idilər.
Kurmanbek Diykanbayev “Veçerniy Bişkek” qəzetinə müsahibəsində Azərbaycanda parlament seçkilərinin demokratik şəraitdə keçirildiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışaraq bildirib ki, ölkədə Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan torpaqlarının tezliklə azad olunacağına böyük ümid var.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:30 “Prezidentə göndərilən məktublar Əli Həsənov tərəfindən gizlədilirdi” — Rəsmi qəzet sabiq köməkçini "TOPA TUTDU" Azərbaycan Prezidentinin İşlər İdarəsinin təsisçisi olduğu "Respublika" qəzetində ölkə başçısı İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovdan bəhs edən tənqidi məqalə dərc edilib. Mediaxeberleri.az xəbər verir ki, "Bumeranq" adlanan məqalədə Əli Həsənov və onun uzun
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
08:50 RUSLAR, AZƏRBAYCAN TORPAQLARI OLAN İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLARI ERMƏNİLƏRƏ NECƏ VERİLMİŞDİ (VİDEO) Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq
09:31 ATƏT, Avropa Parlamenti və ABŞ-dan seçkilərə ilkin rəylər gəldi Prezident Administrasiyası, XİN, YAP sərt reaksiya verdi; müxalifət daha geniş və kəskin rəylərin gözlənildiyini bəyan etdi ABŞ Dövlət Departamenti Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) lazımi sayda müşahidəçisinin parlament seçkisini monitorinq
09:21 Azərbaycandakı seçkilər dünyanın gündəmində Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bir sıra xarici kütləvi informasiya vasitələri ətraflı süjetlər yayımlayıb, yazılar dərc edib. Milli Məclisə seçkilərlə bağlı Rusiyanın aparıcı televiziya kanallarında süjetlər yayımlanıb. “Rossiya 24” kanalında tamaşaçılara təqdim

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az