t s

» » Ombudsman işgəncə verilən azərbaycanlı məhbusla bağlı rusiyalı həmkarına müraciət etdi

Ombudsman işgəncə verilən azərbaycanlı məhbusla bağlı rusiyalı həmkarına müraciət etdi

14-02-2020, 12:31 Yazar:  Firuzə Baxılıb: 28 Çap et
Ombudsman işgəncə verilən azərbaycanlı məhbusla bağlı rusiyalı həmkarına müraciət etdiRusiyada həbsdə olan Azərbaycan vətəndaşı İqrar Məmədovun işgənclərə məruz qalması ilə bağlı Modern.az-ın məlumatına Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva reaksiya verib.

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından Mediaxeberleri.az-a bildirilib ki, məsələ ilə bağlı Səbinə Əliyeva Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya müraciət edib.

“Rusiya Federasiyası Voloqda vilayətindəki 12 saylı koloniyada (pentensiar müəssisədə) cəza çəkən Məmmədov İqrar Məmməd oğlu barədə yayımlanmış məqalədə əks olunan məlumatlara Ombudsman Səbinə Əliyeva tərəfindən dərhal reaksiya verilib, müvafiq araşdırmanın aparılması və təcili tədiblərin görülməsi ilə bağlı artıq Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya müraciət edilib”-deyə Ombudsman Aparatından məlumat verilib.

Xatırladaq ki, Modern.az-ın “Azərbaycan vətəndaşına Rusiya həbsxanasında dəhşətli İŞGƏNCƏLƏR VERİLİR: 3 ildir hamama buraxılmır, yeməyi yerə atılır” məqaləsində Azərbaycan vətəndaşı İqrar Məmmədovun Rusiyanın Voloqda vilayətindəki 12 saylı cəzaçəkmə müəssisində sistematik işgəncələrə məruz qalması barədə məlumatlar verilmişdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az