t s

» » Bu xidmətlər icbari tibbi sığorta sisteminə daxil olmayacaq - RƏSMİ

Bu xidmətlər icbari tibbi sığorta sisteminə daxil olmayacaq - RƏSMİ

14-02-2020, 11:37 Yazar:  Firuzə Baxılıb: 21 Çap et
Bu xidmətlər icbari tibbi sığorta sisteminə daxil olmayacaq - RƏSMİAzərbaycanda bu il icbari tibbi sığorta sisteminə daxil olmayan tibbi xidmətlərin adları açıqlanıb.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər üçün “İcbari Tibbi Sığorta üzrə məlumatlılığın artırılması” mövzusunda keçirilən tədbirdə çıxış edən Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov məlumat verib.

Ş.Eyvazovun sözlərinə görə, icbari tibbi sığorta sisteminə cari ildə daxil olmayan xidmətlər psixi davranış pozuntularının müayinə və müalicəsi, QİÇS, orqan transplantasiyası, ambulator şəraitdə dərman təchizatı, kosmetik prosedurlar və plastik cərrahiyyə, şəkərli diabet, talassemiya xəstələrinin müalicəsi, dializ, stomatoloji xidmətlərdir:

“Bu xidmətlərin bu il icbari tibbi sığorta sisteminə daxil olması gözlənilmir. Agentlik çevik mexanizm üzərində çalışır. Qarşıdakı illərdə bu xidmətlər də təminata alına bilər. Bunlar əsasən, dövlət proqramı çərçivəsində maliyyələşən xəstəliklərdir”.

E.Eyvazov onu da əlavə edib ki, cari ilin yanvar ayının 1-dən ölkə üzrə tətbiq olunmağa başlayan icbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən ilkin mərhələdə ölkə əhalisinin 27 faizi faydalanacaq:

“Ən sonda Bakı və Sumqayıt şəhərlərində icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin tətbiqinə başlanılacaq. Bununla da icbari tibbi sığorta sisteminin əhatə dairəsinin 100 faizə çatdırılması proqnozlaşdırılır”.

Şöbə müdiri onu da qeyd edib ki, icbari tibbi sığorta sisteminin tətbiqi üçün əsas maliyyə yükünü dövlət öz üzərinə götürüb:

“Azərbaycanda 18 yaşınadək şəxslərin, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslərin, pensiyaçıların, sosial müavinət almaq hüququna malik olan şəxslərin, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək.

Aprelin 1-dən yalnız işləyən Azərbaycan vətəndaşının əməkhaqqından icbari tibbi sığorta haqqı tutulacaq. Yəni minumum aylıq əməkhaqqının 250 manat olması nəzərə alınarsa, aylıq 10 manat icbari sığorta haqqı tutulacaq. Dövlət tərəfindən sığorta haqqı ödənilən vətəndaşlarla sığorta haqqı ödəyən şəxslərin alacağı tibbi xidmətlər arasında heç bir fərq olmayacaq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:30 Dərmanların istifadəsi ilə bağlı bu mexanizm tətbiq ediləcək Bu gündən Azərbaycanda dərmandan istifadə zamanı arzuolunmaz nəticələrin aşkarlanması və aradan qaldırılması mexanizmi tətbiq ediləcək. Mediaxeberleri.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda əksini tapıb. Beləliklə, 1 yanvar
22:12 Yanvarın 1-dən Azərbaycanda dərmandan istifadə ilə bağlı qaydalar dəyişəcək Azərbaycanda dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tədbirlərin görülməsinə dair icra mexanizmləri müəyyənləşib. Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Dərman vasitələrinin farmakonəzarət
21:40 Prezident "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edib Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, qanunda deyilir: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
21:50 Qazax rayonu sosial-iqtisadi inkişafın yeni mərhələsində İnkişaf və tərəqqinin dəyişməz ünvanlarına çevrilən Qazax rayonu ölkənin səmərəli regional iqtisadi siyasətinə öz töhfələrini verməkdə davam etməkdədir. Regionların sosial-iqtisadi inkişafına, onların əhəmiyyətli istehsal gücünə, təminat qabiliyyətli iqtisadiyyata və digər amillərin vəhdətindən
00:59 İrana müalicəyə gedən şəkər xəstələrinin acı aqibəti... “-İki yaşlı qızıma şəkərli diabet diaqnozu qoydular. Əlləri, ayaqları şişirdi, arıqlayırdı. Uşaqda bir neçə dəfə hətta qıcolma da baş vermişdi. Amma inanmadıq. Balaca uşaq necə şəkər xəstəsi ola bilərdi ki?! Qohumlarımızın məsləhəti ilə maşınımızı satıb İrana, Ərdəbilə getdik. İlk vaxtlar

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az