t s

» » “Qüsursuz hərbi xidmət keçmiş zabitlər evlə təmin olunur” - ŞƏRH

“Qüsursuz hərbi xidmət keçmiş zabitlər evlə təmin olunur” - ŞƏRH

14-02-2020, 10:57 Yazar:  Firuzə Baxılıb: 27 Çap et
“Qüsursuz hərbi xidmət keçmiş zabitlər evlə təmin olunur” - ŞƏRH“Azərbaycanda 20 il qüsursuz hərbi xidmətdə olmuş zabitlər evlə təmin edilir. Dövlət evsiz olan zabitlərin aylıq kirayə haqqını ödəyir. Hər ay həmin şəxslərin kirayə haqları verilir”.

Mediaxeberleri.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Onun sözlərinə görə, ehtiyata buraxılmış zabitlərin evlə təmin olunması ilə bağlı daha əvvəl qanun qəbul edilib:

“Qanunun icrası ilə bağlı bəzi obyektiv səbəblərdən ləngimə prosesləri gedir. Obyektiv səbəblər nədir? Bilirsiniz ki, məcburi köçkünlərin köçürülməsi çox sürətlə həyata keçirilir. Yəni onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər davam etdirilir.

Ötən il altı mindən çox bu kateqoriyadan olan insanlara yeni mənzillər verildi. Həmçinin, Qarabağ əlilləri və şəhid ailələrinə də yeni evlər verilir. Hesab edirəm ki, növbəti illərdə də ehtiyata buraxılmış zabitlərin mənzil şəraiti yaxşılaşacaq.

Yəni bunların bir balaca zamana ehtiyacı var. Çünki uşaq bağçalarında, təhsil müəssisələrində və yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin, Qarabağ əlillərinin təminatı ilə bağlı, ola bilsin ki, ləngimələr olsun”.

N.Məhəməliyev bildirib ki, ölkəmiz müharibə şəraitindədir, ordunun saxlanılması üçün ən müasir silahlarla təchiz olunması üçün milyardlarla vəsait xərclənir:

“Bu məsələlərə görə də ehtiyata buraxılmış zabitlərin mənzil şəraiti ilə təmin olunmasında bir balaca ləngimələr var. Tam məsuliyyətlə deyirəm ki, evlə təmin olunmayan zabitlərə dövlət hər ay kirayə haqqı ödəyir. Eyni zamanda, ehtiyata buraxılmış zabitlərə ev verilir. Bunun əksini iddia etmək qətiyyən doğru deyil. Sadəcə, gözləmək, səbr etmək lazımdır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:17 Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, 19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az