t s

» » Malı sat, bazardan çıx: Bir günlük şirkətlər vergidən necə yayınır?

Malı sat, bazardan çıx: Bir günlük şirkətlər vergidən necə yayınır?

14-02-2020, 09:09 Yazar:  Samir Baxılıb: 55 Çap et
Malı sat, bazardan çıx: Bir günlük şirkətlər vergidən necə yayınır?
Məlumdur ki son illər vergi qanunvericiliyinə edilmiş bir sıra dəyişikliklər ölkədə bu sahədə müəyyən qədər şəffaflığın təmin olunmasına şərait yaradıb, bir sıra neqativ halların qarşısı alınıb.

Bu ilin yanvar ayının 1-dən etibarən isə Vergi Məcəlləsinə növbəti əlavə və dəyişikliklər qüvvəyə minib. Qeyd edək ki, sənəddə 154 maddə və yarımmaddə dəyişdirilib. Dəyişikliklərdə, əsasən, vergidən yayınmanın qarşısını alması, vergi orqanının beynəlxalq vergi məsələlərində səlahiyyətlərinin artırılması, verginin hesablanma müddətinin azaldılması nəzərdə tutulur.

Dəyişikliklərdə “riskli vergi ödəyicisi”məfhumu da yer alır. Nəzərdə tutulur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edildikdə, vergi orqanı növbədənkənar (səyyar) vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri aparmaq hüququna malikdir.

Qeyd edək ki, bir neçə gün əvvəl "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" mövzusunda keçirilən konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bu mövzuya toxunub. O, bildirib ki, Azərbaycanda vergi daxilolmalarının 91 faizi könüllü ödəmələrin payına düşür:

“Bu da o deməkdir ki, daxilolmaların cəmi 9 faizi müxtəlif nəzarət tədbirlərinin hesabına təmin edilir. Qeyri-neft sektorunda bu rəqəm daha da yüksəkdir. Bu sahədə əsas diqqətimiz biznesin bölünməsini, vergi optimallaşdırılmasının qeyri-qanuni metodlarla həyata keçirilməsini önləmək, bir günlük şirkətlərin yaradılması praktikasını tətbiq edən bazar iştirakçılarının qarşısını almaqdır. Ötən il bunların qarşısını almaq üçün qanunvericilik və inzibatçılıq çərçivəsində gərəkli addımlar atılsa da, biz hələ də yeni elektron qeydiyyat sisteminin verdiyi asan qeydiyyat imkanlarından istifadə edərək bir şəxsin adına yaradılan çoxsaylı müəssisələrin qeydə alındığını müşahidə edirik. Bu, öz-özlüyündə təbii olaraq qanunun pozuntusu deyil, amma bəzi hallarda sui-istifadəyə yol açan alətlərdən birinə çevrildiyini görürük”.

Bəs, 1 gunlik sirkətlər necə yaradılır, onları yaradanlar bundan necə mənfəət əldə edirlər? Burada vergidən yayınma mexanizmi necədir?

Vergi məsələləri üzrə ekspert Emin Səttarov “Cümhuriyət” qəzetinə açıqlamasında bu cür şirkətin yaradılmasının asan prosedur olduğunu bildirib:



“”ASAN İmza” alıb, sistemə daxil olaraq bunu tez bir zamanda etmək olar. Bunu nizamnamə kapitalı qoymadan da etmək olur. Çünki nizamnamə kapitalı ən az üç ay müddətində qoyula bilər. Heç bir maddi vəsait, hüquqi ünvan olmadan bunu etmək mümkündür. Yalnız istənilən şəxsin VÖEN-i və şəxsiyyət vəsiqəsi və ya hüquqi ünvanının olması kifayət edir. Yəni heç bir təsdiqedici sənəd - hansısa icazə və s. istənilmir. Ona görə də bu daha da əlçatan olur. Kiminsə adında özünün də xəbəri olmadan şirkət yaratmaq və bir müddətdən sonra onu ləğv etmək mümkündür. Elektron sistem bütün prosedurları asanlaşdırdığı kimi, o qədər də təhlükə altına atır”.

Emin Səttarov deyir ki, bu şirkətlər böyük bir əməliyyat apararaq bazardan çıxa bilirlər. Bu da vergidən yayınma halının baş verməsinə gətirib çıxarır:

“Vergi orqanları həmin halı müəyyənləşdirənə qədər onlar bazardan çıxır. Ya fəaliyyətini dayandırır, ya müəssisəni ləğv edirlər. Məsələn, 100 min manatlıq malı satıb, bazardan çıxmaq mümkündür. Bu faktları yoxlamaq və üzə çıxarmaq vergi orqanları üçün resurs baxımından çətin olur”.

Qanunvericilikdə bu cür hallarla bağlı məsuliyyət nəzərdə tutulurmu? Vergi mütəxəssisi bildirir ki, qanunvericilikdə “riskli vergi ödəyicisi”, “yalançı əqd” kimi müdəalar var:

“Amma bunu tənzimləmək çətindir. Bu cür halları müəyyənləşdirmək mümkün olsa da, gec olur”.

Bu cür şirkətlərin fəaliyyəti ilə necə mübarizə aparıla bilər? Çıxış yolu yalnız onların yaradılmasını qadağan etməkdirmi?

Emin Səttarov deyir ki, hüquqi şəxsin qeydiyyatının bu qədər sadə üsulla həyata keçirilməsinin saxlanılması şərti ilə müəyyən təhlillər apararaq, bu halları aradan qaldırmaq olar:

“Məsələn, hüquqi ünvan istənilə bilər, ən azı həmin şirkətin rəhbəri kimi təqdim olunan şəxsin telefon nömrəsinə SMS yollanıla, evinə məktub göndərilə bilər. Yəni həmin şəxslər bundan məlumatlı olsun ki, onun adına VEÖN açılır, şirkət açılır”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:40 Prezident "Tibbi sığorta haqqında” qanuna dəyişiklik edib Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Mediaxeberleri.az-ın məlumatına görə, qanunda deyilir: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
23:09 Bütün yeniliklər, sistemli şəkildə idarəetmə planlı olaraq reallaşdırılır- Kərəm Həsənov - Kərəm müəllim, yeni iqtisadi-hüquqi şəraitdə komitə əmlak idarəçiliyi sahəsində hansı funksiyaları yerinə yetirir və burada hədəflər hansılardır? - Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda, əmlak
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az