t s

» » Şəlalə Səfərova 7 saylı poliklinikanı özəl obyektə çevirib?

Şəlalə Səfərova 7 saylı poliklinikanı özəl obyektə çevirib?

21-02-2015, 16:35 Yazar:  Aygün Baxılıb: 911 Çap et
Şəlalə Səfərova 7 saylı poliklinikanı özəl obyektə çevirib?İddialara görə, buradakı ödənişlərin dövlətə heç bir aidiyyatı yoxdur

Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 1 ünvanında yerələşən 7 saylı şəhər poliklinikası ətraf ərazidə yaşayan vətəndaşlara pulsuz tibbi xidmət göstərməli olan dövlət səhiyyə müəssisəsidir. Lakin burada adi tibb bacısından tutmuş baş həkimədək bütün tibbi personalın xidmətlərindən yaralanmaq üçün ciblərini eşələməlisən. Faktiki olaraq pula işləyən tibbi personal xəstələrin müayinədən keçirilməsi və müalicəsi üçün yetərli maraq göstərmir. Halbuki Şəlalə Səfərova baş həkim vəzifəsinə təyinat alana qədər 7 saylı şəhər poliklinikası Xətai rayonunun nümunəvi səhiyyə ocağı kimi ad çıxarmışdı.u gün baş həkmin yarıtmaz fəaliyyəti üzündən poliklinika rayon sakinlərinin gözündən demək olar ki, düşüb. Hesab edin ki, hələ söhbət keyfiyyətli tibbi xidmətdən getmir. Məlumata görə, həkimlərin özlərinin peşəkarlığı ilə bağlı bir sıra problemlərinin olması barədə dəfələrlə aidiyyəti üzrə şikayətlər verilib. Həmçinin qeyd edilib ki, poliklinikada kifayət qədər müasir tibbi avadanlıqların olmasına baxmayaraq, bəzi həkimlər onlardan istifadə etməkdə çətinlik çəkir. Bu isə hər şeydən öncə sadə vətəndaşların sağlamlığı üçün təhlükə deməkdir.

Bildirilir ki, poliklinikanın baş həkimi işçilərin maaşlarından mütəmadi olaraq müxtəlif adlar altında Səhiyyə Nazirliyində və Bakı Baş Səhiyyə İdarəsində müxtəlif vəzifəli şəxslərə hesabatların guya qəbul edilməsi müqabilində verilməsi üçün müəyyən məbləğin tutulmasına göstəriş verib. Bundan əlavə poliklinikanın elektrik, qaz, istilik təchizatının yaxşılaşdırılması həkim otaqlarının təmiri və tibbi avadanlıqların dəyişdirilərək yenisi ilə əvəz edilməsi üçün də maaşdan məbləğlər tutulduğu qeyd olunur. Bütün bu neqativləri cidd-cəhd ilə sirr kimi saxlamağa çalışan poliklinikanın baş həkimi Şəlalə Səfərova həkimlərə məsələ ilə bağlı susmağı bərk-bərk tapşırıb. İş yerini itirmək təhlükəsi altında risqə getməyən həkimlər baş həkimin bu göstərişini yerinə yetirmək zorundadır. Baş həkim həm də poliklinikada xəstələrin "hörmət" prosedurlarına da xüsusi lisenziya verib. Belə ki, hər hansı bir səbəb üzündən bura üz tutan vətəndaşlar məcburiyyət qarşısında həkimlərin, xüsusən sahə həkimlərinin cibinə "ödəniş" etməkdədirlər. Əlbəttə, bu "ödəniş"lərin dövlətin adına heç bir aidiyyatı yoxdur.Baxmayaraq ki, ara-sıra bu səbəbdən narazılıqlar baş qaldırır, ümumilikdə yuxarı səhiyyə idarələrində hər şeyin öz qaydasında, axarı ilə davam etdiyini yəqin edirlər. Poliklinikada bundan əlavə həkimlərin peşəkarlığı ilə bağlı kifayət qədər problemlər mövcuddur.

7 saylı poliklinika ilə bağlı şikayətlərə əhəmiyyət verməyən icra başçısı baş həkimi hər vasitə ilə müdafiə edir. Onu da qeyd edək ki, hələ bir neçə ilə öncə baş həkim Şəlalə Səfərova çox ciddi qalmaqala səbəb olmuş əməlinə görə hətta Xətai Rayon Prokurorluğunda sorğu-suala çəkilmişdi. Belə ki, iddialara görə faktiki təmirdə olan poliklinikanın işçiləri məzuniyyətdə olduğu halda, ərazi üzrə müraciət edən şəxslərə heç bir lazımi müayinə aparılmadan sağlamlıq arayışları verilmişdi. Əlbəttə, həmin arayışlar heç də havayı verilməmişdi. Bildirildiyinə görə, bu sahədə poliklinikada əməlli-başlı "biznes" qurmuş baş həkim işdən kənarlaşdırılaraq məsuliyyətə cəlb olunacaqdı.Lakin son məqamda himayəçisi bu təhlükəni sovuşdurub. Poliklinikanın baş həkiminin qanunsuz əməllərindən bəhs edən şikayətlər isə hər dəfə baxılmamış arxivə atılıb. Belə hallar ilk növbədə, vətəndaşları narazı salır, ölkədə nümunəvi səhiyyə xidməti formalaşdırılması üçün atılan gərəkli addımların effektini heçə endirir. Yəqin ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəhbərliyi bu məqamları ciddi nəzərə alacaq.

Növbəti sayımız Bakı Şəhər Baş Səhiyyə İdarəsindən olacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:22 Azərbaycanda 63 həkim saxta diplomla tutuldu 2014-cü il ərzində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 290 və Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 314 neqativ hal barədə şikayətə nazirlikdə baxılıb. Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət
22:46 Nazirlikdən İntiqam Əliyevlə bağlı - Açıqlama Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs İntiqam Əliyevin səhhətində problemlərin olması ilə bağlı ictimaiyyətdə fikirlər yayılıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, bu məsələyə nazirliyin Tibb baş idarəsinin rəisi Rəfail
19:12 1 saylı Dəri Zöhrəvi Dispanserində Rəşad İsmayılov ruzigarı "Baş həkimin tapşırığıdır..." Artıq səhiyyə ocaqları barədə daxil olan şikayətləri eşitdikdə, elə də təəccüblənmirik. Necə deyərlər, artıq bu duruma vərdiş etmişik. Lakin vəziyyətin belə olması heç də xoş mənzərə deyil. Lakin təəssüflər olsun ki, səhiyyədəki yaşanan amillər gerçəkdir. Sağlamlıq
23:16 Uşaq stomatoloji poliklinikasında anarxiya Rafael Sultanovun rəhbərlik etdiyi poliklinikada vəziyyət acınacaqlıdır Qəzetimizin ötən saylarında biz dəfələrlə respublikamızın səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc etmişik. Məlum olduğu kimi
12:18 Ətimizi yeyən klinikalar Cərrahi əməliyyatların qiyməti və keyfiyyəti ürək ağrıdır Bu gün səhiyyə sektorunda çatışmazlıqların mövcud olması heç kəsə sirr deyil. Vətəndaşlar bəzən ölkədəki səhiyyə müəssisələrindəki xidmətlərdən, müayinə, müalicə və cərrahi əməliyyatların keyfiyyətindən şikayətlənirlər. Onlar həmçinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az