t s

» » Avropa çempionatında uğur qazanmış güləşçilərimiz artıq Bakıdadır

Avropa çempionatında uğur qazanmış güləşçilərimiz artıq Bakıdadır

14-02-2020, 07:56 Yazar:  Samir Baxılıb: 53 Çap et
Avropa çempionatında uğur qazanmış güləşçilərimiz artıq Bakıdadır
İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında uğurlu çıxış edən Yunan-Roma güləşi üzrə Azərbaycan yığması gecə saatlarında Bakıya qayıdıb.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında iki qızıl və dörd bürünc medalla rekord müəyyənləşdirən, eyni zamanda, komanda hesabında ikinci yeri tutan millimizin qarşılanma mərasimi keçirilib.

Komandanı Azərbaycan Güləş Federasiyasının (AGF) Baş katibi Orxan Məmmədov və federasiyanın vitse-prezidenti Elçin Cəfərov, güləşçilərin yaxınları, idman ictimaiyyətinin tanınmış simaları və media nümayəndələri qarşılayıb.

Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionatında 6 medal qazanaraq rekord nəticə göstərib.

Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutublar.

2 qızıl və 4 bürünc medal qazanan yığmamız 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.

Azərbaycan Güləş Federasiyasının (AGF) Yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov bütün güləşçilərdən qızıl medal gözlədiyini bildirib: “Təbii ki, bütün güləşçilərimizdən qızıl medal gözləyirdik, lakin bu, idmandır. Hər an hər şey ola bilər. Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın komandamızı təbrik etməsi bizi çox sevindirdi. Düşünürəm ki, bu, yığma komandamızın və eləcə də, ayrı-ayrılıqda bütün komanda üzvlərinə verilən ən yüksək qiymətdir. Qarşıda yığma komandamızı iki mötəbər yarış gözləyir. Martın 19-22-də və eyni zamanda, aprel ayında 1 ay boyunca Olimpiya təsnifat turniri keçiriləcək. İnanıram ki, medal qazana bilməyən idmançılarımız mübarizədən nəticə çıxaracaq və biz Tokio Yay Olimpiya Oyunlarına olan lisenziyaları uğurla əldə edəcəyik”.

Qızıl medalçı Sənan Süleymanov əsas hədəfinin erməni idmançıları məğlub etmək olduğunu deyib: “Heç gözləmədiyim anda çempion oldum. Ən çətin görüş ilk görüş idi. Bolqarıstanı təmsil edən erməni əsilli idmançını məğlub etdim. Yarımfinal mübarizəsində də erməni güləşçisini məğlub edərək finala yüksəldim. Final mərhələsində özümə inamım çox idi və istədiyim nəticəni əldə edə bildim. Ölkə başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın bizi təbrik etməsi çox böyük dəstək idi və bu, qarşıdakı yarışlarda böyük motivasiya olacaq. Gələcəkdə də həm Olimpiya çempionatında, həm də Dünya Çempionatında uğurlu nəticə göstərərək bayrağımızı dalğalandırmağı hədəfləyirəm”.

Digər qızıl medalçı Rafiq Hüseynov isə gənc idmançıların Avropa Çempionatında çox uğurlu nəticə göstərdiklərini qeyd edib: “Yığma komandamızda çox uğurlu gənc idmançılar mübarizə aparırdı və ilk növbədə, onların adına çox sevinirəm. Öz adıma da sevinirəm ki, yenidən nəticəmi təkrarlaya bildim. İstənilən yarışlara hazırlıq çətin keçir. Bütün məşqlərimiz və eləcə də, mübarizələrimiz gərgin keçirdi. Çünki Avropa Çempionatına qatılan idmançıların hər biri ölkədə seçilən güləşçilər olur. Buna görə də, Avropa Çempionatına hazırlıq məşqləri də digər yarışlardan bir qədər çətin olur”.

Avropa çempionatına isə fevralın 16-da yekun vurulacaq. Bu gün qadın güləşçilərin də mübarizəsi yekunlaşacaq, həmçinin sərbəst güləşçilər yarışa qoşulacaqlar.Oxu.Az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:56 2020-ci ildə Azərbaycanı gözləyən mötəbər yarışlar - SİYAHI Azərbaycan idmançıları 2020-ci ildə yenidən arenalarda öz sözlərini deməyə çalışacaq. Bunun üçün bu il Azərbaycanı hansı mötəbər turnirlərin gözlədiyini bilmək lazımdır. Əlbəttə ki, 2020-ci il deyəndə dünyanın bütün gözünün olacağı Tokio Yay Olimpiya Oyunları kimi mötəbər turnir yada düşür. 24
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az