t s

» » Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə

Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə

13-02-2020, 20:22 Yazar:  Samir Baxılıb: 109 Çap et
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
Xəbər verdiyimiz kimi, 74 saylı Lənkəran kənd seçki dairəsindən Hadi Rəcəbli, 35 saylı Xətai üçüncü seçki dairəsindən Rauf Abbasov (Arifoğlu), 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Çingiz Qənizadənin, 33 saylı Xətai birinci seçki dairəsindən Hüseynbala Mirələmovun lider olduğu nəticələr ləğv edilib.

Sadalanan dairələrdə səsvermənin nəticələrinin ləğv olunması bəzi icra başçılarını çıxılmaz vəziyyətə salıb. Belə ki, verilən qərar həmin dairələrdə seçkilərdə qanun pozuntusu ilə bağlıdır. Heç kəsə sirr deyil ki, seçkilərin saxtalaşdırılması ilə bağlı tapşırıq icra başçıları tərəfindən verilir. Bu tapşırıqlar isə dairə və məntəqə sədrləri tərəfindən həyata keçirilir. Bu dairələrin nəticələrinin ləğv olunması DSK sədrləri və icra başçılarını hədəfə gətirib. Hətta onlardan kimlərinsə həbs təhlükəsiylə üz-üzə qala biləcəyi də vurğulanır.

Qeyd edək ki, Prezident İlham Əliyev dünənki çıxışında seçkidə qanun pozuntularına yol verənlərin cəzalandırılacağını bildirmişdi. Görünən odur ki, Prezidentin bu bəyanatından sonra MSK daxil olan müraciətləri daha dərindən araşdıraraq 4 dairənin nəticələrini ləğv edib.

Bu gün keçirilən iclasda çıxıç edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, vəzifəsinin öhdəsindən gələ bilməyənlərin cəzalandırılması vacibdir. Onun sözlərinə görə, insanlarda narazılıq doğuran şeylər yersiz hərəkət etməkdir.

Qeyd edək ki, Beyləqanın icra başçısı Asif Ağayev, Lənkəranın icra başçısı Taleh Qaraşov, Xətainin icra başçısı Rafiq Quliyev, İmişlinin icra başçısı Vilyam Hacıyevdir.Unikal.org
Elvin Rüstəmli




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az