t s

» » Ukrayna KİV-ləri Azərbaycanda keçirilən parlament seçkilərini geniş işıqlandırıb

Ukrayna KİV-ləri Azərbaycanda keçirilən parlament seçkilərini geniş işıqlandırıb

13-02-2020, 20:08 Yazar:  Samir Baxılıb: 62 Çap et
Ukrayna KİV-ləri Azərbaycanda keçirilən parlament seçkilərini geniş işıqlandırıb
Ukraynanın aparıcı kütləvi informasiya vasitələrində Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı silsilə informasiyalar, məqalələr dərc edilib, telekanallarda xüsusi reportajlar yayımlanıb.

UKRİNFORM, UNİAN, “İnterfaks-Ukrayna” informasiya agentliklərində, Strana.ua, RBK-Ukrayna saytlarında , “Qolos-Ukrayna” qəzetində, “Butik-Media” nəşrində yayılan məlumatlarda Milli Məclisə seçkilərlə bağlı statistik rəqəmlər yer alıb. Məlumatlarda, həmçinin Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri edən amillərə, həyata keçirilən islahatlara da toxunulur. Seçkilərin nəticələri olaraq hakim Yeni Azərbaycan Partiyasının qalib gəldiyi vurğulanır.

Bundan başqa, Azərbaycanda keçirilən parlament seçkiləri Ukraynanın məşhur 1+1, “Ukrayna” kanalları tərəfindən geniş işıqlandırılıb. Bir neçə dəfə yayımlanan xüsusi reportajlarda tamaşaçılara seçicilərin, namizədlərin, yerli və beynəlxalq müşahidəçilərin sayı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda keçirilən parlament seçkilərinə beynəlxalq təşkilatlar, həmçinin müxtəlif ölkələrin kütləvi informasiya vasitələri böyük maraq göstəriblər.


Ukrayna telekanalları, həmçinin Cocuq Mərcanlı kəndindən də xüsusi reportajlar yayımlayıb. Reportajlarda xüsusi çəkiliş qrupu Cocuq Mərcanlı kəndində məskunlaşan azərbaycanlı ailələrə yaradılan şəraiti qeyd edib. Bildirilib ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından sonra Lələtəpə yüksəkliyi işğalçı Ermənistan hərbçilərindən geri alındıqdan sonra qısa zamanda Cocuq Mərcanlı kəndində müasir tipli qəsəbə salınıb. Qəsəbədə məktəb, məscid, poliklinika inşa olunub. Həmçinin reportajlarda Cocuq Mərcanlı kəndində parlament seçkiləri ilə bağlı yaradılan şərait, səsvermə prosesi də yer alıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
10:23 Ukraynanın aparıcı KİV-ləri Vladimir Zelenskinin Azərbaycana rəsmi səfərini geniş işıqlandırıb Ukraynanın aparıcı KİV-ləri Prezident Vladimir Zelenskinin Azərbaycana rəsmi səfərini geniş işıqlandırıb. Ukraynanın ТСН, “1+1”, “2+2” və digər telekanalları Prezident V.Zelenskinin Bakıya rəsmi səfəri ilə bağlı reportajlar yayımlayıblar. Bundan başqa, Ukraynanın UKRİNFORM, UNİAN, RBC, 112.ua və
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
13:49 Azərbaycanın keçid balına görə ən güclü universitetləri - REYTİNQ Hər kəs çalışır ki, qəbul imtahanlarında yüksək bal toplasın və reytinqli ali təhsil müəssisəsinə daxil olsun. Çünki seçilən universitet tələbələrin gələcək iş həyatında da mühüm yer tutur. Mediaxeberleri.az Azərbaycanda I-II-III-IV-V ixtisas qrupları üzrə ən yüksək ballara görə universitetlərin
09:21 Azərbaycandakı seçkilər dünyanın gündəmində Noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı bir sıra xarici kütləvi informasiya vasitələri ətraflı süjetlər yayımlayıb, yazılar dərc edib. Milli Məclisə seçkilərlə bağlı Rusiyanın aparıcı televiziya kanallarında süjetlər yayımlanıb. “Rossiya 24” kanalında tamaşaçılara təqdim

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az