t s

» » Məhkəməsinin qərarı ilə sabiq icra başçısı bəraət alıb - FOTO

Məhkəməsinin qərarı ilə sabiq icra başçısı bəraət alıb - FOTO

13-02-2020, 00:20 Yazar:  Samir Baxılıb: 173 Çap et
Məhkəməsinin qərarı ilə sabiq icra başçısı bəraət alıb - FOTO
“Məhkəmənin düzgün qərar qəbul edəcəyinə ümid etsəm də, mənə bəraətin verilməsi gözlənilməz oldu”. Bu barədə “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın Marneuli rayonunun sabiq icra başçısı Temur Abazov bildirib.

O deyib ki, iki ilə yaxın davam edən məhkəmə prosesində 100 nəfərdən çox şəxs ifadə verib: “Mənə qarşı irəli sürülən ittihamların heç biri təsdiqini tapmadı. Məhkəmə ilə sübut olundu ki, ittihamların hamısı əsassız olub. Cinayət əməlində mənim adımın hallanması yalnız Elçin Allahverdiyevin şəxsi maraqlarına cavab verib”.

T.Abazov gələcək planları və siyasətə qayıdıb-qayıtmayacağı ilə bağlı sualı da cavabandırıb. O, məhkəmənin qərarı ilə iki saat öncə tanış olduğunu deyib: “Bildiyiniz kimi, Gürcüstanın Pauerliftinq Federasiyasının vitse-prezidenti vəzifəsində çalışıram. Bu vəzifəyə dörd il müddətinə seçilmişəm. Digər gələcək planlar barədə düşünməyə hələ vaxtım olmayıb. Bu barədə fikirləşəcəyəm və inanıram ki, ən doğru addımı atacağam”.

Qeyd edək ki, bu gün Rustavi Şəhər Məhkəməsinin qərarı ilə T.Abazov bəraət alıb.


Məhkəməsinin qərarı ilə sabiq icra başçısı bəraət alıb - FOTO




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az