t s

» » Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

13-02-2020, 00:15 Yazar:  Samir Baxılıb: 99 Çap et
Güləşçimiz Avropa çempionu oldu
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Üçüncü yarış günündə daha üç yunan-Roma güləşçimiz fəxri kürsüyə yüksəlməyi bacarıb.

Murad Bazarov (60 kq) və Ülvi Qənizadə (72 kq) bürünc medal qazanıbsa, Rafiq Hüseynov hamıdan güclü olub.

82 kq çəki dərəcəsində yarışan pəhləvanımızın sonuncu rəqibi bolqarıstanlı Daniel Tixomirov Aleksandrov olub. Görüş azərbaycanlı idmançının qələbəsi ilə yekunlaşıb - 2:1.

Bununla da Hüseynov karyerasında ikinci dəfə Avropa çempionu olub. O, daha əvvəl 2011-ci ildə 74 kq çəkidə qitə birincisi olub.

Qeyd edək ki, ötən gün 77 kq çəkidə mübarizə aparan Sənan Süleymanov da fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmişdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:56 2020-ci ildə Azərbaycanı gözləyən mötəbər yarışlar - SİYAHI Azərbaycan idmançıları 2020-ci ildə yenidən arenalarda öz sözlərini deməyə çalışacaq. Bunun üçün bu il Azərbaycanı hansı mötəbər turnirlərin gözlədiyini bilmək lazımdır. Əlbəttə ki, 2020-ci il deyəndə dünyanın bütün gözünün olacağı Tokio Yay Olimpiya Oyunları kimi mötəbər turnir yada düşür. 24
08:26 AÇ-nin son günündə güləşçilərimizdən daha dörd medal - YENİLƏNİB İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatında daha bir idmançımız medal qazanıb. Mediaxeberleri.az xəbər verir ki, 125 kq çəki dərəcəsində Rahid Həmidli Polşa idmançısı Yakub Brılovski ilə qarşılaşıb. İdmançımız rəqibinə 6:4 hesabı ilə qalib gəlməklə,
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az