t s

» » Həbs edilən icra başçılarından xəbər var - Nizaməddin Quliyev mütaliə edir

Həbs edilən icra başçılarından xəbər var - Nizaməddin Quliyev mütaliə edir

12-02-2020, 15:13 Yazar:  Samir Baxılıb: 29 Çap et
Həbs edilən icra başçılarından xəbər var - Nizaməddin Quliyev mütaliə edirİşgəncələrə Qarşı Azərbaycan Komitəsi Dövlət Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma yeri və İstintaq Təcridxanasında monitorinq keçirib.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə Trend-ə komitə sədri Tural Hüseynov məlumat verib. Onun sözlərinə görə, monitorinq zamanı orada saxlanılan şəxslərin səhhəti, saxlanma şəraiti, rəftar və digər zəruri məsələlərlə maraqlanıblar: "Monitorinq mən və komitənin sədr müavini Elçin Şirinov tərəfindən keçirildi. Saxlanılan şəxslərdən əsasən Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, onun müavini olmuş Ramiz Tatarov, Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov və "Xəbərman" qəzetinin baş redaktoru Polad Aslanovla görüşdük. Ümumiyyətlə, təcridxanada saxlanılan şəxslərin hər biri ilə fərdi görüşüb onların vəziyyəti ilə maraqlandıq. Saxlanılanların heç biri saxlanma şəraiti, qida, rəftar və digər məsələlərdən şikayət etmədi. Nizaməddin Quliyev təcridxanada mütaliə ilə məşğuldur, özünü yaxşı hiss edir, Qoca Səmədov saxlanma şəraiti və qidadan razılıq edir, Ramiz Tatarov da heç nədən narazı deyildi. Bununla yanaşı, Fəxrəddin Abbasov və Polad Aslanov da saxlanma şəraitindən razıdır. Saxlanılan şəxslərin olduğu kameralar hər cür şəraitlə təmin olunub, kameralarda televizorlar da var idi. İstilik sistemi, rahatlığı normaldır, ayrılmış vaxtlarda gəzintiyə çıxırlar. Saxlanılan şəxslər dedilər ki, hər şey normaldır, ayda 2 dəfə ailə üzvləri ilə görüşürlər, vəkillə də istədikləri vaxt görüşmək imkanları var".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:01 Ağstafa Regional Mədəniyyət İdarəsi Müstəqillik Günü münasibətilə bayram tədbiri keçirib Bu gün Ağstafa Regional Mədəniyyət idarəsi 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Ağstafa Musiqi Mərkəzində bayram tədbiri həyata keçirib. Mediaxeberleri.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən "Gənc
00:46 Kərəm Həsənov imperiyası: Quruluş, Yüksəliş və Çöküş Çağdaş Azərbaycan siyasətində həm iqtidar, həm müxalifət düşərgəsinə aid xeyli sayda xəyanət nümunələri saymaq olar. Bu siyasətin islaholunmaz qaydasına çevrilib. Belə məqamlardan biri də Fərhad Əliyev-Kərəm Həsənov nümunəsidir. Bu haqda xeyli yazılıb. Mövzuya cumhuriyyet.az olaraq yenidən
13:15 5 oğlan əlbir olub azyaşlını sahibsiz yerə apardılar və... - Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT İŞİ Sabirabad rayonunda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Saatlı rayon sakini, 1999-cu il təvəllüdlü Orxan Cəfərov və Sabirabad rayon sakini, 2002-ci il təvəllüdlü Tural Cəlillinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mediaxeberleri.az xəbər
07:52 Kərəm Həsənovun xəyanət və imperatorluq tarixçəsi: Fərhad Əliyevdən prezidentədək Artıq Azərbaycanda ən yüksək səviyyədə nəzarətdə saxlanan islahatlar prosesi heç kəsin toxunulmaz olmadığını və dövlət etimadından sui-istifadənin cəzasız qalmadığını təsdiqləyir. Biz də bu yazımızda cumhuriyyet.az olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı mediada yer
09:36 Kərəm Həsənov necə çökdürülür: “Əmlak kralı”nın imperiya süqutu Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun bir çox obyektinin əlindən alındığından, komitə sədrinin ağır günlər yaşadğından bəhs etmişdik. Həmin məlumatda bildirmişdik ki, artıq “Həsənovlar İmperiyası”na son verilməsi prosesi başlanıb. Əvvəl “Dalğa” itirildi Məlumata görə, Əmlak Məsələləri

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az