t s

» » Tərtərdə azyaşlıya qızdırılmış şişlə işgəncə verilməsinin təfərrüatı: - “Kənddə elə bir söz-söhbət...”

Tərtərdə azyaşlıya qızdırılmış şişlə işgəncə verilməsinin təfərrüatı: - “Kənddə elə bir söz-söhbət...”

12-02-2020, 11:10 Yazar:  Firuzə Baxılıb: 34 Çap et
Tərtərdə azyaşlıya qızdırılmış şişlə işgəncə verilməsinin təfərrüatı: - “Kənddə elə bir söz-söhbət...”“O ailəni Könülün anası saxlayıb. Ola bilməz ki, uşağa ziyan vursunlar”.

Bu barədə Mediaxeberleri.az-a Tərtər rayon Azadqaraqoyunlu kənd bələdiyyəsinin nümayəndəsi doqquz yaşlı T.D.-yə anası tərəfindən işgəncə verilməsi ilə bağlı hadisəyə münasibət bildirərkən deyib.

Bələdiyyə nümayəndəsinin sözlərinə görə, uşağın anası Könül övladına ziyan vura bilməz:

“Könül Rafiqlə evləndikdən sonra ailəyə onun anası - Kamilə xanım baxır. Kasıb ailədir. Kənddə elə bir söz-söhbətləri olmayıb. Kənardan eşitdiyim, gördüyüm qədər deyə bilərəm ki, Könül uşağa işgəncə verməz. Amma yəqin, aralarında söz-söhbət olub, ər-arvad bir-birini polisə verib. Onların iki uşağı var. Doqquz yaşlı T. də Könülün doğma uşağıdır. Uşaq anadan olandan ona Könül baxıb. Mən onun uşağa işgəncə verdiyinə inanmıram”.

Bələdiyyə nümayəndəsi Könül və Rafiqin ayrı yaşadığını da deyib:

“Rafiq Bərdə rayonunun Soğanverdilər, Könül isə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində yaşayır. Əslində, ayrılmayıblar, amma indi ayrı yaşamalarının səbəbini bilmirəm. Ailə münasibətlərindən xəbərimiz yoxdur. Heç birinin psixoloji problemi də yoxdur, normal insanlardır”.

Qeyd edək ki, işgəncə verildiyi iddia edilən doqquz yaşlı T. xəstəxanada deyil, vəziyyəti yaxşıdır.

Xatırladaq ki, Azadqaraqoyunlu kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü T.D.-ni nadinclik etdiyi üçün cəzalandırıb. Qadın şişi qaz sobasında qızdıraraq, azyaşlının bud, çanaq, qol və əlinə basıb.

Hadisədən xəbər tutan uşağın atası Rafiq Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az