t s

» » Avropa çempionatında bir final, bir “qızıl”, iki “bürünc” şansı

Avropa çempionatında bir final, bir “qızıl”, iki “bürünc” şansı

11-02-2020, 19:45 Yazar:  Samir Baxılıb: 28 Çap et
Avropa çempionatında bir final, bir “qızıl”, iki “bürünc” şansıİtaliyanın Roma şəhərində güləş üzrə Avropa çempionatı davam edir.

Mediaxeberleri.az xəbər verir ki, bu gün üç yunan-Roma güləşçimiz medal qazana bilər.

Belə ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli bürünc medal uğrunda meydan sahibi Covanni Freni ilə qarşılaşacaq.

77 kq çəkidə yarışan Sənan Süleymanovun isə hamıdan güclü olmaq şansı var. Bunun üçün o, macarıstanlı Zotlan Levaya qalib gəlməlidir.

İslam Abbasov da medal kolleksiyamızı bürünclə zənginləşdirə bilər. 87 kq-da gücünü sınayan pəhləvanımız bunun üçün litvalı Eyvidas Stankeviçyusu yolundan kənarlaşdırmalıdır.

82 kq çəki dərəcəsində yarışdan Rafiq Hüseynovu isə finaldan bir görüş ayırır. Pəhləvanımız italiyalı Çiro Russoya qalib gəlsə, “qızıl” uğrunda yarışmağa haqq qazanacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:16 Azərbaycan güləşçisi Sənan Süleymanov Avropa çempionatında finala vəsiqə qazanıb Azərbaycan güləşçisi Sənan Süleymanov Romada keçirilən Avropa çempionatının birinci günündə finala vəsiqə qazanıb. Mediaxeberleri.Az xəbər verir ki, çempionatın birinci günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar. Mübarizəyə təsnifat
07:56 2020-ci ildə Azərbaycanı gözləyən mötəbər yarışlar - SİYAHI Azərbaycan idmançıları 2020-ci ildə yenidən arenalarda öz sözlərini deməyə çalışacaq. Bunun üçün bu il Azərbaycanı hansı mötəbər turnirlərin gözlədiyini bilmək lazımdır. Əlbəttə ki, 2020-ci il deyəndə dünyanın bütün gözünün olacağı Tokio Yay Olimpiya Oyunları kimi mötəbər turnir yada düşür. 24
21:56 Litvalı qonaqlar Ağstafa rayonuna səfər etdilər 13 may 2019-cu il tarixdə Litva respublikasının Briştonas şəhərinin nümayəndə heyəti Ağstafaya səfər etmişlər. Mediaxeberleri.az xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Birştonas şəhərinin vitse meri Vytas Kederys, Birştonas şəhərinin meriyasının icraçı direktoru Valentinas Vincas Revuckas,
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az