t s

» » Azərbaycan-Türkiyə münasibətlərinə dair yeni kitab nəşr edilib

Azərbaycan-Türkiyə münasibətlərinə dair yeni kitab nəşr edilib

11-02-2020, 14:29 Yazar:  Samir Baxılıb: 75 Çap et
Azərbaycan-Türkiyə münasibətlərinə dair yeni kitab nəşr edilib
Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin şöbə müdiri, fəlsəfə elmləri doktoru Cavid Vəliyevin “Azərbaycan-Türkiyə strateji müttəfiqliyi: tarixi və müasir əsasları” adlı kitabı çap edilib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, türk dilində nəşr olunan kitabda Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq münasibətlərdə strateji müttəfiqlik anlayışı çərçivəsində təhlil edilir.

Kitabda bugünkü Azərbaycan-Türkiyə strateji müttəfiqlik ideyasının əsaslarının XX əsrin əvvəllərində iki xalqın ziyalıları tərəfindən qoyulduğu qeyd olunur. Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra iki dövlət arasında münasibətlərin mərhələli şəkildə strateji müttəfiqlik səviyyəsinə çatması təhlil edilir.

Nəşrdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Türkiyənin mərhum Prezidenti Süleyman Dəmirəlin hakimiyyətləri dövründə münasibətlərdən bəhs olunur. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq münasibətlərinin iki dövlət arasında strateji müttəfiqlik əlaqələrinin müasir səviyyəyə çatmasına xidmət etdiyi vurğulanır.

Altı fəsil və 390 səhifədən ibarət kitabda hərbi, iqtisadi, enerji və nəqliyyat sahələrində əlaqələr ətraflı təhlil edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

02:06 Xalqın xidmətçisi, qurucu Lider - Əli Həsənovun yazısı Dünyada siyasi və iqtisadi vəziyyətin heç də ürəkaçan olmadığı indiki zamanda Azərbaycan davamlı tərəqqi nümayiş etdirir Orta və yaşlı nəsil müstəqilliyin ilk illərinin necə ağır keçdiyini yaxşı xatırlayır. Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş qaldırmış
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az