t s

» » "Seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir" - Prezident İlham Əliyev

"Seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir" - Prezident İlham Əliyev

11-02-2020, 08:29 Yazar:  Samir Baxılıb: 82 Çap et
"Seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir" - Prezident İlham Əliyev
"Ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"O ki qaldı bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə, biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik. Siz də Avropa Şurasının bizə qarşı olan mənfi münasibətini qeyd etdiniz. Bunun da son təzahürü qəbul edilmiş, yalan üzərində qurulmuş son qətnamədir. Yəni, bu qətnamənin qəbul edilməsi, əslində, parlament seçkilərinə kobudcasına müdaxilədir. Birincisi, bu qətnamə saxtadır və biz bunu qəbul etmirik. Orada bizə qarşı irəli sürülən ittihamları rədd edirik və bizə qarşı ünvanlanmış dırnaqarası tələblərin heç birini icra etməyəcəyik. Bu, bir. İkincisi, bu qətnamənin qəbul edilmə vaxtı. Parlament seçkilərinə az vaxt qalmış bu qətnamənin qəbul edilməsi Azərbaycana qarşı olan mənfi və ədalətsiz yanaşmanın təzahürüdür.

Mən bu yaxınlarda yaxın dostumuz olan Mövlud Çavuşoğlu ilə görüş əsnasında bu barədə öz fikirlərimi bildirdim. O da eyni mövqedədir və biz yaxşı bilirik ki, Türkiyəyə və Azərbaycana Avropa Şurasında ikili standartlar tətbiq olunur. Bizdə gedən müsbət proseslər qeydə alınmır, bizim artan gücümüz sanki qıcıq, paxıllıq yaradır. Ancaq buna rəğmən, Türkiyə və Azərbaycan iki dost, qardaş ölkə kimi irəli gedir. Biz çox önəmli layihələri icra edirik, öz gücümüzü artırırıq. Hesab edirəm ki, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində gedən işlərdə bizim düzgün siyasətimiz artıq reallıqdır. Ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir. Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir. Əgər namizədlər bu seçki kampaniyası ərzində belə fəal, mübariz olublarsa, - bu, əslində, belədir, siz də bunu qeyd etdiniz,- seçicilərə öz fikrini çatdırmaq üçün qapı-qapı gəziblərsə, əlbəttə ki, əgər onlar seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar. Ancaq indiyə qədər biz belə hallara rast gəlmirik. Bu, bir daha onu göstərir ki, bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir və əsas odur", - dövlət başçısı qeyd edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:23 Emil Qədirov Moskvada solo konsert proqramı təqdim edəcək Müğənni və gitaraçı Emil Qədirov martın 21-də Moskvada “Vegas City Hall”da solo konsert proqramı ilə çıxış edəcək. AZƏRTAC musiqiçinin saytına istinadla xəbər verir ki, iki hissədən ibarət konsertdə Emil Qədirov həm dünya hitlərini yeni tərzdə səsləndirəcək, həm də estrada kompozisiyalarından
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
07:29 Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Uşaq Musiqi Məktəblərində Bilik Gününə həsr edilmiş tədbirlər keçirildi Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbi əsaslı təmir-bərpadan sonra istifadəyə verildi. Mediaxeberleri.az xəbər verir ki, açılış tədbirində iştirak edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov rəmzi məna daşıyan lenti
09:10 Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib Noyabrın ayının 10-da “Qazax Xeyriyyə” İctimai Birliyinin təşkilatçılığı ilə Xalq yazıçısı, “İstiqlal” ordenli, Əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı İsa Muğannaya (Hüseynov) həsr edilmiş “Yazıçı və bədii yaradıcılıq idealı” adlı Elmi-praktik
19:18 “Sazımızın qüdrəti, sözümüzün hikməti” adlı konsert keçirildi - Ağstafada 02 dekabr 2017-ci il tarixdə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Ağstafa, Qazax və Tovuz rayonlarından, eləcə də Gürcüstan respublikasının Marneuli rayonundan olan aşıqlarının iştirakı ilə “Sazımızın qüdrəti, sözümüzün hikməti” adlı geniş konsert

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az