t s

» » Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Hans Kristian Andersen mükafatına namizədlərin sırasında

Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Hans Kristian Andersen mükafatına namizədlərin sırasında

11-02-2020, 08:20 Yazar:  Samir Baxılıb: 93 Çap et
Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Hans Kristian Andersen mükafatına namizədlərin sırasında
Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Qəşəm İsabəyli Hans Kristian Andersen mükafatına namizədlər sırasındadır.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Uşaq Kitabları Şurasının (International Board on Books for Young People – IBBY) rəsmi saytında https://www.ibby.org/awards-activities/awards/hans-christian-andersen-awards/hcaa-2020 yer alıb.


2020-ci il üzrə Hans Kristian Andersen mükafatı uğrunda 39 ölkədən 34 müəllif və 36 illüstrator mübarizə aparır.

İBBY tərəfindən 1956-cı ildə təsis olunmuş Hans Kristian Andersen mükafatı iki ildən bir təqdim olunur.

Q.İsabəyli Azərbaycanın ilk uşaq yazıçısıdır ki, “Cin” nağıl-povesti ilə Andersen Şərəf siyahısına düşüb. Onun “Balaca, bapbalaca” adlı ilk kitabı 1982-ci ildə nəşr edilib. Eyniadlı şeiri dilinin sadəliyi, ifadələrinin aydınlığı ilə seçilir. Sovet dövründə şeirləri “Murzilka” (Moskva, 1982) jurnalında dərc edilib. Beynəlxalq Uşaq Kitabları Şurasının “Bookbird” jurnalında (London, 2012) “Baba, sabahın xeyir!” hekayəsi ingiliscə çap edilib.

Q.İsabəylinin əsərləri rus, ingilis, Ukrayna, Belarus, qırğız dillərində çap olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:17 "Rus dilinin yenidən nüfuz qazanmasını böyük təhlükə hesab etmirəm" Azərbaycan dili orta əsrlərin sonlarından, yeni dövrün əvvəllərindən öz müstəqil həyatına başlayıb Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun APA-ya müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni sizə təqdim edir: - Nizami müəllim, çox yayılmış belə bir ifadə var ki, dil canlı
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az