t s

» » Azərbaycan güləşçisi Sənan Süleymanov Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycan güləşçisi Sənan Süleymanov Avropa çempionatında finala vəsiqə qazanıb

11-02-2020, 08:16 Yazar:  Samir Baxılıb: 89 Çap et
Azərbaycan güləşçisi Sənan Süleymanov Avropa çempionatında finala vəsiqə qazanıb
Azərbaycan güləşçisi Sənan Süleymanov Romada keçirilən Avropa çempionatının birinci günündə finala vəsiqə qazanıb.

Mediaxeberleri.Az
xəbər verir ki, çempionatın birinci günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Mübarizəyə təsnifat mərhələsindən başlayan Sənan Süleymanov (77 kq) Bolqarıstan bayrağı altında çıxış edən erməni Aik Mnatsakanyan (5:3), səkkizdəbir finalda italiyalı Matteo Maffezzoli (7:0) üzərində qələbə qazanıb. Dörddəbir finalda Yunanıstan güləşçisi Georgios Prevolarakisi 6:4 (tuşe) hesabı ilə üstələyən Azərbaycan pəhləvanının yarımfinaldakı rəqibi Ermənistan güləşçisi Karapet Çalyanı mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb. S.Süleymanovun finaldakı rəqibi macarıstanlı Zoltan Levay olacaq.

Komandamızın üzvü, mübarizəyə dörddəbir finaldan qoşulan Eldəniz Əzizli (55 kq) Ermənistan idmançısı Rudik Mkrtaçyanı böyük hesabla (7:1) məğlub edərək adını yarımfinala yazdırıb. İdmançımız yarımfinalda Bolqarıstan təmsilçisi Edmond Armen Nazaryana məğlub olaraq bürünc medal uğrunda mübarizə aparacaq. E.Əzizli bu mərhələdə Snorre Harsem Lund (Norveç) - Covanni Freni (İtaliya) görüşünün qalibi ilə qarşılaşacaq.
Çempionatda 87 kiloqram çəki dərəcəsində mübarizəyə təsnifat mərhələsindən start verən İslam Abbasov birinci qarşılaşmada Belarus idmançısı Kiril Maskeviçi məğlub edib - 3:2. Güləşçimiz səkkizdəbir finalda polşalı Arkadiuş Kuliniçi (3:1), dörddəbir finalda isə Bolqarıstan təmsilçisi Tarek Mohammed Abdelsalamı (4:3, tuşe) məğlubiyyətə uğradıb. Pəhləvanımız yarımfinalda rəqibi olan Macarıstan idmançısı Viktor Lorintsə uduzduğu üçün mübarizəni bürünc medal uğrunda aparacaq. İ.Abbasov bürünc medal uğrunda Mirko Minqutsi (İtaliya) - Eyvidas Stankeviçyus (Litva) qarşılaşmasının qalibi ilə görüşəcək.

Avropa çempionatında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Taleh Məmmədov ilk görüşdə Rusiya güləşçisi ilə bacarmayıb. Ancaq rəqib finala yüksəldiyi üçün T.Məmmədov ikinci yarış günündə təsəlliverici görüşə çıxmaq hüququ qazanıb. İdmançımız macarıstanlı Erik Torba ilə münasibətlərinə aydınlıq gətirəcək.

Sabah Şəriəti (130 kq) isə səkkizdəbir finalda Ermənistan idmançısı David Ovasapyana (3:0) qalib gəlsə də, yarımfinala vəsiqə uğrunda qarşılaşmada rumıniyalı Alin Aleksuk Kiurariuya məğlub olub – 2:3. Ancaq rəqib finala yüksəldiyi üçün S.Şəriəti təsəlliverici görüşdə rusiyalı Zurabi Gedexauri qarşı qüvvəsini sınayacaq.

Yunan-Roma güləşçilərimiz çempionatda baş məşqçi Aleksandr Tarakanovun, böyük məşqçi Rövşən Bayramovun və məşqçi Akif Əliyevin rəhbərliyi ilə mübarizə aparırlar.

Qitə birinciliyinin proqramına əsasən, yunan-Roma güləşçilərinin mübarizəsi fevralın 12-dək davam edəcək. Fevralın 12-14-də qadın pəhləvanlar xalça üzərinə çıxacaqlar. Ayın 14-dən 16-dək isə sərbəst güləşçilər güclərini sınayacaqlar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az