t s

» » Azərbaycanda “sükut günü”dür

Azərbaycanda “sükut günü”dür

8-02-2020, 08:03 Yazar:  Samir Baxılıb: 74 Çap et
Azərbaycanda “sükut günü”dür
Bu gün saat 08:00-dan etibarən Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyası başa çatıb.

Mediaxeberleri.Az-ın məlumatına görə, Seçki Məcəlləsinin 75-ci maddəsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.


Seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları səsvermə günü yığışdırılır.

Xatırladaq ki, deputatlığa namizədlərin təşviqatına yanvarın 17-də start verilib.

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:10 9 fevralda keçiriləcək parlament seçkiləri ilə bağlı vəziyyət demokratik seçkiləri labüd edir - Çünki... 9 fevral növbədənkənar parlament seçkiləri kampaniyası davam edir. Hazırda deputatlığa namizədlərin təbliğat-təşviqatı aparılır. Hər bir namizəd bacarığı, resursları çərçivəsində bu prosesi həyata keçirməkdədir. Seçkilərin indiyəqədərki mərhələlərində ciddi bir qanun pozuntuları, yerlərdə
23:00 Sabahdan prezidentliyə namizədlərin seçkiqabağı təşviqatı başlayır Martın 19-da Azərbaycanda aprelin 11-nə təyin edilən Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başlayır. Mediaxeberleri.az-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
07:26 Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlandı (SİYAHI) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu Milli Məclisə gün keçirilən V çağırış seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP) – 89,4% 2 saylı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az