t s

» » Paşinyan torpaqları qaytarmağa hazırlaşır? - “Azərbaycan bu danışıqlardan imtina edərdi, əgər...”

Paşinyan torpaqları qaytarmağa hazırlaşır? - “Azərbaycan bu danışıqlardan imtina edərdi, əgər...”

7-02-2020, 08:13 Yazar:  Samir Baxılıb: 104 Çap et
Paşinyan torpaqları qaytarmağa hazırlaşır? - “Azərbaycan bu danışıqlardan imtina edərdi, əgər...”
Ermənistanın keçmiş Milli Təhlükəsizlik Xidmətinin rəhbəri David Şahnazaryan “Qarabağ dəyişikliklər astanasında.

Xarici və daxili təhlükəsizlik” mövzusunda keçirilən tədbirdə çıxış edib. D.Şahnazaryan çıxışında bildirib ki, Qarabağ münaqişəsinə dair danışıqlarda ərazilərin geri qaytarılması ilk günlərdən müzakirə olunur:

“Əks halda, belə məsələ müzakirə olunmasaydı, Azərbaycan danışıqlar masasına da oturmazdı”.

O, həmçinin əlavə edib ki, Bakı Cenevrədə ötən həftə aparılan iki günlük danışıqlardan və Bratislava danışıqlarından “məmnundur”.

Şahnazaryanın Dağlıq Qarabağla bağlı mövqeyi isə ondan ibarətdir ki, indiki Ermənistan hökuməti ətraf rayonların heç birinin qaytarılmayacağı haqda mesajlar versə də, Paşinyan “torpaqları satmağa” hazırlaşır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında Şahnazaryanın mövqeyində haqlı olduğunu deyib:

“Milli Təhlükəsizlik Xidmətinin keçmiş nazirini mən də yaxşı tanıyıram. Jurnalist işlədiyim müddətdə müxtəlif konfranslarda onu müşahidə etmişəm və bu qənaətə gəlmişəm ki, o, Azərbaycanla hansısa formada razılaşmağın tərəfdarıdır. Çünki Levon Ter-Petrosyan dönəmində də çalışıb. Hesab edirəm, o, masa üzərində mərhələli həll planı olması məsələsində haqlıdır. Təsadüfi deyil ki, bu yaxınlarda Paşinyan Ermənistanın keçmiş hakimiyyətləri ilə Azərbaycanın rayonlarının qaytarılması ilə bağlı fikir mübadiləsi aparıldığını açıqlayıb. Bu, bir tərəfdən o anlama gəlir ki, Paşinyan guya “Qarabağ klanı”nın mövqelərini zəiflədir və onların torpaqları satmaq istədiyini deyir. Amma digər tərəfdən də Paşinyan işarə edir ki, masa üzərində mərhələli həll planı var. Buna görə də David Şahnazaryan haqlıdır. Əlbəttə, paket həll planı masada olsaydı, Azərbaycan bu danışıqlardan imtina edərdi. Amma danışıqlarda mərhələli həll planını ehtiva edən amillər olduğuna görə Azərbaycan danışıqlarda iştirak edir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az