t s

» » Nənənin nəvələrini və özünü öldürməsinin təfərrüatı: Səliqəli geyindirilmiş uşaqların meyitlərini.

Nənənin nəvələrini və özünü öldürməsinin təfərrüatı: Səliqəli geyindirilmiş uşaqların meyitlərini.

30-01-2020, 14:52 Yazar:  Samir Baxılıb: 52 Çap et
Nənənin nəvələrini və özünü öldürməsinin təfərrüatı: Səliqəli geyindirilmiş uşaqların meyitlərini.Yanvarın 29-da Bakının Nizami rayonunda iki azyaşlının öldürülməsi və daha sonra uşaqların nənəsinin intiharı ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

Bu haqda Mediaxeberleri.az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verilib.

Qeyd edək ki, ötən gün 18:00 radələrində 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulonun üzərində zorakılıq əlamətləri olan meyitlərinin, nənələri 1963-cü il təvəllüdlü Nina Allahverdiyevanın isə asılmış vəziyyətdə meyitinin birgə yaşadıqları paytaxtın Nizami rayonu, Rüstəmov küçəsi, 24 saylı evin 2-ci mərtəbəsində yerləşən 59-cu mənzilində aşkar olunub.

Hadisə yerinə baxış keçirən istintaq-əməliyyat qrupunun üzvləri qadının nəvələrini iplə boğaraq, daha sonra isə intihar etdiyi qənaətinə gəliblər.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cinayət işi başlanılıb.

Bundan əlavə məlum olub ki, N.Allahverdiyeva qızı Lilii Pikulonun ailəsi ilə yaşayıb və nəvələrinə baxıb.

Faciə günorta saatlarında baş verib. L.Pikulo hüquq-mühafizə orqanları ilə söhbət əsnasında bildirib ki, işdə olan vaxt evdə hər şeyin qaydasında olduğunu öyrənmək məqsədi ilə anasına zəng edib. Bir neçə uğursuz cəhddən sonra narahat olan qadın evinə yollanıb və dəhşətli mənzərə ilə qarşılaşıb.

Anası özünü mənzilin qapısından asıb. Səliqə ilə geyindirilmiş uşaqların meyitləri isə uşaq çarpayısının yanına uzadılıb.

Qonşular L.Pikulonun ailəsini müsbət xarakterizə ediblər. N.Allahverdiyevanın isə sakit və adekvat qadın olduğunu, nəvələrini çox istədiyini qeyd ediblər.

Güman edilir ki, cinayətin törədilməsinə səbəb N.Allahverdiyevanın psixi pozğunluğunun olmasıdır. Hazırda istintaq digər motivlərə sahib deyil.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az