t s

» » KİM KİMDİR. KİMİ SEÇƏK? Rauf Arifoğlunun millət vəkili olması millətimizə və dövlətimizə lazımdı!

KİM KİMDİR. KİMİ SEÇƏK? Rauf Arifoğlunun millət vəkili olması millətimizə və dövlətimizə lazımdı!

23-01-2020, 21:27 Yazar:  Samir Baxılıb: 139 Çap et
KİM KİMDİR. KİMİ SEÇƏK? Rauf Arifoğlunun millət vəkili olması millətimizə və dövlətimizə lazımdı!
Bu gün Azərbaycana cəmiyyətin güzgüsü olan mətbuat- saytlar, qəzetlər, televiziyalar lazımdı. Azərbaycana həqiqəti deyən, yazan jurnalistlər lazımdı.

Qoca tarixin böyük hökmdarları, padşahları, prezidentləri, baş vəzirləri, baş nazirləri həqiqəti deyən insanları vəzifələrə təyin ediblər.

Həqiqət nə qədər acı olsa da, deyilməyəndə dövlət yolunu azır, məmurlar azğınlıq eləyir, at oynadırlar, xaos yaradırlar.

Bu gün Azərbaycana insan haqlarının qorunması, korrupsiyanın qarşısının alınması, insanların sosial rifah halının yüksəldilməsi üçün həqiqəti deyən məmurlar, hakimlər, həqiqəti yazan jurnalistlər lazımdı.

Bu gün Prezidentə göndərilən məktubları şəxsi mənafeləri naminə gizlədən məmurların at oynatmasının qarşısını alan və bununla da dövlətimizin yanlış yollara düşməsinə imkan verməyən məmurlar, jurnalistlər, qəzetlər lazımdı.

Bu gün Azərbaycana heç kəsin tanımadığı deputatlar lazım deyil.

Bu gün Azərbaycana həmişə ağa qara deyən deputatlar da lazım deyil. Azərbaycana Milli Məclisi öz hərəkətləri və hərəkətsizlikləri ilə hörmətdən salan deputatlar lazım deyil.

Bu gün Milli Məclisə ancaq düymə basmaq üzrə ixtisaslaşan deputatlar lazım deyil.




Bu gün Azərbaycana həmişə xalqın içində olan, millətin halını başa düşən, hamının problemini özünün problemi hesab edən millət vəkilləri lazımdı.

Millətin problemini özünün problemi hesab edən millət vəkillərinin qəbul etdiyi qanunlar millətin problemlərinin daha mükəmməl və daha doğru həll edilməsinə imkan və şərait yaradacaq.

Rauf Arifoğlu yuxarıda göstərdiyim yüksək müsbət keyfiyyətlərə malikdir.

Rauf Arifoğlu Azərbaycanın milli azadlıq və mətbuat tarixində adı və imzası olan bir şəxsdir.

Rauf Arifoğlunun yaratdığı Yeni Müsavat qəzeti hər zaman Azərbaycan xalqının yanında olub, xalqın problemlərini yazıb, insan haqlarını müdafiə edib, var gücü ilə dövlətimizin iqtisadi, siyasi və hərbi qüdrətinin artırılması istiqamətində çalışıb.

Yeni Müsavat 1980-ci illərin axırlarında yeni yaranan zaman Azərbaycanın müstəqilliyi uğrunda çalışan ilk və ən böyük qəzet olub.

Sonralar Yeni Müsavat Azərbaycanda plüralizmin, demokratiyanın, çoxpartiyalı sistemin yaranması istiqamətində fəaliyyətlər göstərib.

Bu gün Yeni Müsavat partiya qəzeti deyil. Bu gün Yeni Müsavat dövlətin, millətin və fərdlərin bütün problemlərini işıqlandıran bir qəzetdi.

Azərbaycan parlamentinin Rauf Arifoğlunun millət vəkili olmasına ehtiyacı var!

Rauf Arifoğlunun millət vəkili olması Azərbaycan xalqına, jurnalistikamıza, Azərbaycan dövlətinə lazımdı!

Əziz seçicilər! Fevral ayının 9-da 35 saylı Xətai 3-cü seçki dairəsinə gəlin! Problemlərinizi özünün problemləri hesab edən Rauf Arifoğluna səs verin!

Hörmətlə,

Qüdrət İsaqov

Müstəqil Ekspert Qrupunun rəhbəri,

Professor, fizika-riyaziyyat elmləri doktoru




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
07:26 Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlandı (SİYAHI) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu Milli Məclisə gün keçirilən V çağırış seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP) – 89,4% 2 saylı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az