t s

» » DEPUTAT NAMİZƏDLİYİNİ GERİ GÖTÜRDÜ – "İki dəfə deputat oldum, bəsdir..."

DEPUTAT NAMİZƏDLİYİNİ GERİ GÖTÜRDÜ – "İki dəfə deputat oldum, bəsdir..."

23-01-2020, 21:07 Yazar:  Samir Baxılıb: 154 Çap et
DEPUTAT NAMİZƏDLİYİNİ GERİ GÖTÜRDÜ – "İki dəfə deputat oldum, bəsdir..."
44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd, millət vəkili Hacı Salayev namizədliyini geri götürüb.

Hacı Salayev 9 fevral VI çağırış növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı qeydə alındığı seçki dairəsinə ərizə verib.

DSK-dan xəbəri Unikal.org-a təsdiqləyiblər.

H.Salayev özü də “azxeber.com” saytına namizədliyini geri götürdüyünü təsdiq edib: "Xəbər yayılıb və bu düz xəbərdir. Mən namizədliyimi geri götürmüşəm".

Hacı Salayev hansı səbəbdən bu addımı atdığı haqda isə danışmaq istəməyib.

Deputat "modern.az" saytına açıqlamasında isə namizədliyini geri götürməsini belə əsaslandırıb: “Namizədliyimi geri götürməyimdə heç bir ciddi səbəb yoxdur. İki dəfə deputat olmuşam, bəsdir. Haqqımda o qədər nahaqdan yazdınız ki, deputat olduğuma peşman oldum. Haqqımda son yazılanlara baxdım və qərar verdim ki, deputat olmayım. İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın. Ona görə geri çəkildim ki, məni yaddan çıxartsınlar”.

Hacı Salayev son olaraq xahişini də dilə gətirib: “Haqqımda nahaq yazan jurnalistlərdə bir xahişim var. Həmin yazıları pozsunlar”.

Xatırladaq ki, Hacı Salayev 2010-cu il IV-cü və 2015-ci il V-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:10 YAP-ın siyahısında şoka salan isim - Sensasiya Belə bir siyahıda adımın keçməsini arzulayardım. Bu sözləri Axar.az-a açıqlamasında xalq artisti, sevilən xanəndə Mənsum İbrahimov 119 saylı Ağdam kənd seçki dairəsi üzrə namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi haqda yayılan xəbərə münasibət bildirərkən deyib.
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
07:26 Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlandı (SİYAHI) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu Milli Məclisə gün keçirilən V çağırış seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP) – 89,4% 2 saylı
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az