t s

» » Azərbaycanın neft emalı məhsullarının ixrac olunduğu ölkələr açıqlanıb

Azərbaycanın neft emalı məhsullarının ixrac olunduğu ölkələr açıqlanıb

23-01-2020, 11:29 Yazar:  Elxan Baxılıb: 41 Çap et
Azərbaycanın neft emalı məhsullarının ixrac olunduğu ölkələr açıqlanıb
Azərbaycanın neft emalı məhsullarının ixrac olunduğu ölkələr açıqlanıb.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Energetika Nazirliyi tərəfindən 2019-cu ildə görülmüş işlərə dair hesabatda deyilir.

Hesabata görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda ilk neft hasilatından bəri təqribən 500,4 milyon ton xam neft çıxarılıb. Ölkə iqtisadiyyatının mühüm amillərindən olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə təqribən 404 milyon ton Azərbaycan mənşəli xam neft ixrac olunub. BTC-nin gündəlik ötürmə gücü hazırda 1 milyon barrel olmaqla, boru kəməri vasitəsilə Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatı, həmçinin əlavə olaraq Türkmənistan və Qazaxıstan mənşəli neft də nəql edilir. Hazırda neft emalı məhsullarımız ABŞ, İtaliya, Misir, Yunanıstan, İspaniya, Ukrayna, Vyetnam, neft-kimya məhsullarımız isə Çin, Niderland, Belçika, Bolqarıstan, Çexiya, Litva, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Hindistan və başqa ölkələrə ixrac olunur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
10:09 "Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq, xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan "Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür. 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,”Çıraq” və
07:20 Şahdəniz yatağında milyonluq pozuntu - Dövlət Neft Fonduna pul köçürülmədi Keçən il yalnız 2 yataq - Azəri-Çıraq-Günəşli yatağı (104%) və Binəqədi yataqlar bloku (103%)üzrə illik hasilat proqnozu yerinə yetirilib. Bu, Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə rəyində əksini tapıb. Sənəddə qeyd edilib ki,
18:00 “Bakı-Tbilisi-Ceyhan”-a çəkilən xərclər açıqlandı Birinci üç rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 106 milyon dollar, əsaslı xərclərə isə 32 milyon dollar xərclənib. Mediaxeberleri.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin cari ilin birinci üç rübü üçün açıqladığı hesabatda deyilib. Hesabata görə, 1768 km uzunluğa
21:00 SOCAR-ın neft hasilatı və satışında rolu... 2015-ci ildə SOCAR tərəfindən dövlət büdcəsinə 1,5 milyard manat vəsait ödəniləcək. Hasilat Azərbaycanda neft hasilatı iki hissəyə bölünür. Birincisi və ən çox hissəsini “BP-Azerbaijan” şirkətinin operatoru olduğu konsorsium “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından, ikincisini isə Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az