t s

» » Azərbaycanlıları belə qırdılar: Rus TV-sində şok - VİDEO

Azərbaycanlıları belə qırdılar: Rus TV-sində şok - VİDEO

23-01-2020, 11:18 Yazar:  Elxan Baxılıb: 76 Çap et
Azərbaycanlıları belə qırdılar: Rus TV-sində şok - VİDEO
Rusiyanın federal televiziya kanalının arxivindən tapılmış 2013-cü ilə aid görüntülər sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib.

Axar.az xəbər verir ki, 9 yanvar 2013-cü ildə “Rossiya 1” telekanalında nümayiş olunan “İmperiyanın əsgəri” sənədli filmində məşhur rusiyalı yazıçı və jurnalist Aleksandr Proxanov Qafanda azərbaycanlıların necə təhqirlərə, işgəncələrə məruz qalmaları və doğma torpaqlarından qovulmaları faktlarından söhbət açıb.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bir müddət əvvəl mənə Ermənistana, daha dəqiq desəm, azərbaycanlıların kompakt yaşadığı Qafan şəhərinə getmək nəsib oldu. Məhz orada mən erməni vəhşiliklərini öz gözlərimlə gördüm. Ermənilər azərbaycanlıları incidir, hətta onları sudan belə istifadə etməyə imkan vermirdilər. Onları döyə-döyə, öldürə-öldürə Qafandan qovdular. Bu faciə ilk etnik təmizləmə idi. Azərbaycanlılar – uşaqlar, hamilə qadınlar, yaşlı insanlar, kişilər – ayaqyalın, ac, susuz qarın üstündə qalaraq donmuşdular. Onlar öz doğma yurd-yuvalarından, torpaqlarından, kəndlərindən, bağlarından qovuldu”, - məşhur yazıçı qeyd edib.

O bildirib ki, bundan sonra Qarabağ müharibəsi başlayıb, ermənilər Azərbaycandan ayrılmaq, bu Azərbaycan ərazisini ələ keçirmək qərarına gəliblər:

“Qorbaçovun çirkin siyasətinin qurbanı olan dəhşətli bir müharibə... O demişdi ki, qoy bu ziddiyyətləri müharibə gedən respublikalar və xalqlar özləri həll etsinlər. Bu, çox böyük bir səhv və cinayət idi”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
15:53 Aleksandr Proxanov: “Nəyə görə Azərbaycan güc yolu ilə torpaqlarını azad etmir?” Rusiyalı ictimai-siyasi xadim, yazıçı Aleksandr Proxanovun Bakıya səfəri nəinki Azərbaycanda, o cümlədən qonşu ölkələrdə ajiotaja səbəb olub. Virtualaz.org-a verdiyi müsahibədə rusiyalı analitikin bəyanatlarını nəzərə alsaq, bu qəribə deyil. Ümumilikdə, rusiyalı siyasətçinin Azərbaycana səfərinin
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az