İdmançımız ermənini məğlub edərək finala yüksəlib.Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla üz-üzə gəlib. O, rəqibinə 2-0 qalib gəlib və finala yüksəlib.
57 kq çəki dərəcəsində İslam Qasımov yarımfinalda gürcüstanlı Vakhtangi Chidraşvili ilə üz –üzə gəlib. Qarşılaşma 3-1 hesabı ilə idmançımızın xeyrinə başa çatıb. Final qarşılaşmasında Qasımov rusiyalı Aymergen Atkunovla gücünü sınayacaq.
52 kq çəki dərəcəsində Nəzakət Xəlilova yarımfinalda litvalı Ruta Aksionova ilə görüşüb. O, rəqibinə 4-0 qalib gəlib və finala yüksəlib.
74 kq çəki dərəcəsində Amil Qasımov 1/4 finalda gürcü Kaxa Mamulaşvili ilə üz-üzə gəlib. O, rəqibinə 3-1 qalib gəlib və yarımfinala yüksəlib.
60 kq çəki dərəcəsində Şəhanə Hüseynova 1/4 finalda rus Yana Kostenko ilə qarşılaşıb. O, rəqibinə 4-0 məğlub olub.
68 kq çəki dərəcəsində Nərminə Əlizadə 1/4 finalda belaruslu Olqa Namazova ilə üz-üzə gəlib. O, rəqibinə 4-0 məğlub olub.
11:08
Mediaxeberleri.az xəbər verir ki, 57 kq çəki dərəcəsində İslam Qasımov 1/4 finalda Rumıniya təmsilçisi Orlando Qruyaya qalib gəlib.
90 kq çəki dərəcəsində mübarizə aparan samboçumuz Kənan Qasımov İvan Vasilçuka qalib gəlib.
Qadınlar arasında 52 kq çəki dərəcəsində Nəzakət Xəlilova 1/4 finalda Rumıniyadan Kodrina İoneski ilə qarşılaşıb və qalib gəlib.
64 kq çəki dərəcəsində Fəridə Qurbanova 1/4 finalda Moldovadan Yekaterina Kretu ilə qarşılaşıb və 0-4 hesabı ilə məğlub olub.
10:00
Avropa Oyunlarının 11-ci günündə Heydər Əliyev adına İdman Arenasında sambo yarışları keçirilir.
Mediaxeberleri.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, 1 gün davam edəcək mübarizədə 8 dəst medalın sahibi müəyyənləşəcək.
Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayacaq. Azərbaycan millisi yarışa 8 samboçu ilə qatılıb.
Kişilər arasında 57 kq çəki dərəcəsində Azərbaycan samboçusu İslam Qasımov 1/4 final görüşündə rumıniyalı Orlando Qruia ilə üz-üzə gələcək.
74 kq çəki dərəcəsində təmsilçimiz Amil Qasımov 1/4 finalda Tadey Cutuk (Sloveniya) – Kaxa Mamulaşvili (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
90 kq çəki dərəcəsində Kənan Qasımovun 1/4 final mərhələsində rəqibi ukraynalı İvan Vasilçuk olacaq.
+100 kq çəki dərəcəsində isə Vasif Səfərbəyov 1/4 finalda Bayro Maşoviçlə (Makedoniya) üz-üzə gələcək.
Qadınlar arasında 52 kq çəki dərəcəsində ölkəmizi Nəzakət Xəlilova təmsil edəcək. O, ilk görüşünü 1/4 finalda keçirəcək. Təmsilçimiz Sodriana İonesku (Rumıniya) ilə üz-üzə gələcək.
60 kq çəki dərəcəsində Şəhanə Hüseynova Yana Kostenko (Rusiya) - Şorena Şaradze (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
64 kq çəkidə 1/4 finaldan mübarizəyə qoşulacaq Fəridə Qurbanova ilk görüşündə Moldova təmsilçisi Yekaterina Sretu ilə görüşəcək.
68 kq çəki dərəcəsində isə Nərminə Əlizadə yarımfinala yüksəlmək üçün Olqa Namazova (Belarus) ilə qarşılaşacaq.
Yarış cədvəli belədir:
10:00 Kişilər arasında -74 kq 1/8 Finallar
10:00 Qadınlar arasında -60 kq 1/8 Finallar
10:00 Qadınlar arasında -68 kq 1/8 Finallar
10:06 * Kişilər arasında -57 kq 1/4 Final
10:06 * Kişilər arasında -90 kq 1/4 Final
10:30 * Kişilər arasında +100 kq 1/4 Final
10:30 * Qadınlar arasında -52 kq 1/4 Final
10:36 * Qadınlar arasında -64 kq 1/4 Final
10:54 * Qadınlar arasında -60 kq 1/4 Final
10:54 * Qadınlar arasında -68 kq 1/4 Final
11:00 * Kişilər arasında -74 kq 1/4 Final
11:18 * Kişilər arasında -57 kq Yarımfinal
11:18 * Kişilər arasında -90 kq Yarımfinal
11:24 * Qadınlar arasında -64 kq Yarımfinal
11:30 * Kişilər arasında +100 kq Yarımfinal
11:30 * Qadınlar arasında -52 kq Yarımfinal
11:36 * Kişilər arasında -74 kq Yarımfinal
11:42 * Qadınlar arasında -60 kq Yarımfinal
11:42 * Qadınlar arasında -68 kq Yarımfinal
11:48 * Kişilər arasında -74 kq Təsəlliverici Mərhələ 2
11:54 * Qadınlar arasında -60 kq Təsəlliverici Mərhələ 2
11:54 * Qadınlar arasında -68 kq Təsəlliverici Mərhələ 2
19:00 Qadınlar arasında -52 kq Bürünc Medal uğrunda Final Yarışları
19:10 * Qadınlar arasında -52 kq Final
19:20 * Kişilər arasında -57 kq Bürünc Medal uğrunda Final Yarışları
19:30 * Kişilər arasında -57 kq Final
19:40 * Qadınlar arasında -60 kq Bürünc Medal uğrunda Final Yarışları
19:50 * Qadınlar arasında -60 kq Final
20:00 * Kişilər arasında -74 kq Bürünc Medal uğrunda Final Yarışları
20:10 * Kişilər arasında -74 kq Final
20:20 * Qadınlar arasında -64 kq Bürünc Medal uğrunda Final Yarışları
20:30 * Qadınlar arasında -64 kq Final
20:40 * Kişilər arasında -90 kq Bürünc Medal uğrunda Final Yarışları
20:50 * Kişilər arasında -90 kq Final
21:00 * Qadınlar arasında -68 kq Bürünc Medal uğrunda Final Yarışları
21:10 * Qadınlar arasında -68 kq Final
21:20 * Kişilər arasında +100 kq Bürünc Medal uğrunda Final Yarışları
21:30 * Kişilər arasında +100 kq Final
Öz şərhini bildir: