t s

» » Ukraynada şiddətli döyüşlər: 100 separatçı öldürüldü

Ukraynada şiddətli döyüşlər: 100 separatçı öldürüldü

15-02-2015, 14:12 Baxılıb: 730 Çap et
Ukraynada şiddətli döyüşlər: 100 separatçı öldürüldü

Atəşkəs haqqında razılaşmanın qüvvəyə minməsinə 24 saat qalmış Ukraynanın şərqində döyüşlər şiddətlənib. APA TV-nin Ukrayna Antiterror Əməliyyatları Mərkəzinə istinadən yaydığı məlumata görə, ötən gecə davam edən atışmalarda separatçı qüvvələr 100 nəfər itki verib, 180 separatçı isə yaralanıb. Ukrayna tərəfinin itkiləri də az deyil. Separatçıların endirdikləri artilleriya zərbələri nəticəsində 14 mülki şəxs həlak olub. Debaltsevo istiqamətində döyüşlər xüsusilə şiddətli xarakter alıb. Separatçılar mühasirədə olan Ukrayna hərbçilərinin mövqelərinə tank, artilleriya qurğuları və minaatanlardan davamlı atəş açıblar. Gecə saatlarında Debaltsevonun cənub-şərq hissəsindəki mövqeləri ələ keçirmək məqsədilə edilən hücumlar isə nəticəsiz qalıb. Luqansk istiqamətində də tərəflər arasında şiddətli döyüşlər gedir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:36 Angela Merkel Nobel mükafatına namizəd oldu Almaniya Bundestaqının bir qrup üzvü Nobel Sülh mükafatının bu ölkənin kansleri Angela Merkelə verilməsi təşəbbüsü ilə çıxış edib. Alman deputatlar bu çağırışlarını A.Merkelin Ukrayna böhranına dair Minsk danışıqlarındakı fəal rolu, kanslerin Ukraynanın şərqində gedən müharibənin dinc yolla
15:24 "Bu gecə mənimlə yat, ürəyin nə istəyir alacam sənə" - Qadin müğənnilər arasında rüsvayçı dava Mərhum müğənni Vidadi Bərdəlinin qızı ifaçı Aytac Vidadiqızının müsahibəsi qalmaqala səbəb olub. Lent.az-a açıqlama verən müğənni Afaq Aslan bildirib ki, A.Vidadiqızı onun adını çəkmədən barəsində xoş olmayan fikirlər səsləndirib: "Dünən həmkarımın mənim haqqımda söylədiyi açıqlamanı dostlarım
11:21 Ukrayna hökumətində azərbaycanlı Nazirlər Kabineti beş əcnəbinin namizədliyini təsdiqlədi. Ukrayna Nazirlər Kabineti “İqtisadiyyat üçün xüsusi əhəmiyyətli müəssisələrə rəhbər təyin etmə üzrə Komitə”nin tərkibinə daxil olacaq beş əcnəbinin namizədliyini təsdiqlədi, Ukrayna hökumətinin sərəncamında qeyd edilib. Mediaxeberleri.az
11:05 Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana hansı dividendləri gətirəcək? Rufiz Qonaqov: "Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir" Bu günlərdə Azərbaycan təkcə region deyil, eləcə də Avropa, onun enerji təmiantı üçün daha bir önəmli tədbirə ev sahibliyi etdi. Belə ki, fevralın 12-də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az