t s

» » Yaralanan ABŞ hərbçilərinin sayı 11 nəfərdən çoxdur - RƏSMİ AÇIQLAMA

Yaralanan ABŞ hərbçilərinin sayı 11 nəfərdən çoxdur - RƏSMİ AÇIQLAMA

22-01-2020, 13:42 Yazar:  Firuzə Baxılıb: 29 Çap et
Yaralanan ABŞ hərbçilərinin sayı 11 nəfərdən çoxdur - RƏSMİ AÇIQLAMAABŞ ordusunun Mərkəzi Komandanlığı İran ordusu tərəfindən İraqda yerləşən ABŞ hərbi bazasına hücum zamanı xəsarət almış hərbçilərin bu ölkənin Almaniyada yerləşən tibb müəssisinə müalicəyə göndərildiklərini açıqlayıb.

Xəbəri CNN agentliyi yayıb.

Daha öncə verilən məlumatda “Eynül Əsəd” bazasına endirilən hava hücumları nəticəsində 11 ABŞ hərbçisinin yaralandığı bildirilirdi. Almaniyaya göndərilənlərin isə yeni hərbçilər olması yaralıların sayının göstəriləndən artıq olmasına dəlalət edir. Yaralıların dəqiq sayı haqqında məlumat yoxdur.

Mərkəzi komandanlığın nümayəndəsi hərbçilərin Almaniyaya müalicəyə göndərilməsini “ehtiyat tədbiri” kimi qiymətləndirib. Məsul şəxs bildirib ki, müayinə zamanı hərbçilərdə yeni xəsarətlərin aşkar olunacağı da istisna deyil.

Xatırladaq ki, yanvarın 3-nə keçən gecə İran generalı Qasım Süleymani İraqda ABŞ ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində öldürülüb.

Yanvarın 8-ə keçən gecə isə İslam İnqilabı Keşikçiləri Korpusu Vaşinqtona cavab verib. Belə ki, ABŞ-ın İraqda yerləşən iki hərbi bazasına raket zərbələri endirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
10:43 Bakının azad edilməsinin 101-ci ili: “Al Bakını! Vətəninə bir altun ərməğan apar!” 101 il il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını işğalçılardan azad etməsi Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı
20:10 Ağstafada 4 yeni avtomobil körpüsü inşa edilib – VİDEO + FOTO “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycanla Asiya İnkişaf Bankı arasında bağlanmış sazişə əsasən, 2016-ci il yanvarın 15-dən Ağstafa rayonu ərazisində 4 körpünün tikintisi ilə bağlı işlər yüksək keyfiyyətlə
01:23 Şamaxıda kimin sözü keçir: icra başçısının, yoxsa?.. Rayonda idarəetmədə və mühüm vəzifələrə təyinat məsələsində söz sahibi köhnə müxalifətçi Qasım Qasımovdur Şamaxıda yenə narazılıqlar yaşanır. Rayonun ziyalıları icra hakimiyyətində oturuşmuş bəzi məmurların özbaşınalığından ölkə rəhbərliyinə şikayətlidir. Bəs, rayonda nə baş verir? Kimdir,
08:27 İranın nüvə proqramı ətrafında kritik hadisələr: dəhşətli müharibə necə əngəlləndi... Ukrayna böhranının və İŞİD terror qruplaşmasının arxa plana keçirdiyi, lakin bir vaxtlar dünyanın bir nömrəli problemi səviyyəsinə qədər yüksəlmiş İranın nüvə proqramı ətrafında gərgin proseslər gedir. Virtualaz.org saytı nüfuzlu beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, ABŞ-la İranın nüvə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az