t s

» » Masallıda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşib

Masallıda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşib

16-01-2020, 09:08 Yazar:  Samir Baxılıb: 53 Çap et
Masallıda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşib
Masallı şəhərindəki Gənclər Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “20 Yanvar - təqvimin acı günü” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

Masallı Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən və iki gün davam edən müsabiqədə rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri biliklərini sınayıblar.

İnşa-yazı müsabiqəsində IX sinif şagirdləri arasında Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdi Jalə Məmmədli birinci, “Dəfinə” məktəb-liseyinin şagirdi Tunarə İsrafilova ikinci, 2 saylı Şıxlar kənd ümumi orta məktəbinin şagirdi Sora Məmmədova üçüncü yerlərə layiq görülüblər.

X-XI sinif şagirdləri arasında isə Hüseynhacılı kənd tam orta məktəbin şagirdi Məleykə Abdullayeva, Qəriblər kənd tam orta məktəbinin şagirdi Təyyar Əmənov, Musaküçə kənd tam orta məktəbinin şagirdi Əsbət Rzayev fərqləniblər.

Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

Qaliblərin mükafatlandırılması mərasimində Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, təhsil şöbəsinin metodisti Əkbər Balaşoğlu Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi barədə danışaraq müsabiqədə iştirak edən bütün məktəblilərə uğurlar arzulayıblar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az