t s

» » Media nümayəndələri və valideynlər AzTU-da imtahan prosesini izlədi

Media nümayəndələri və valideynlər AzTU-da imtahan prosesini izlədi

15-01-2020, 21:29 Yazar:  Samir Baxılıb: 90 Çap et
Media nümayəndələri və valideynlər AzTU-da imtahan prosesini izlədi
Bu gün Azərbaycan Texniki Universitetində (AzTU) qış imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün mediatur təşkil edilib.

Qeyd edim ki, həmkarlarımla bərabər valideynlərin də mediaturda və sonda təşkil olunan Dəyirmi Masada iştirakı çox xoş təsir bağışladı. Tələbələrin ata-anaları ilə yanaşı, nənələri də tədbirdə iştirak edən tələbələr vardı. Fürsətdən istifadə edib Maşınqayırma fakülsəsinin 2-ci kurs tələbəsi Əlirza Salehi Razın anası Gülarə xanımla söhbət etdim. Kollektivdən razılığını bildirən Gülarə xanım qeyd etdi ki, 2 il ərzində kitab alışı və tələbələrin təşkil etdikləri ad günü və digər məclislərdən kənar heç bir xərci çıxmayıb. Digər valideynlər də rektor və müəllim heyətindən razılıq etsələr də, kompyuterlərin köhnə olmasından narazılıq edib, təzələnmə istəyini dilə gətirdilər.

İmtahanın gedişi zamanı tələbələrlə söhbət edəndə də, tələbələrin ən çox arzuladığı təzə kompyuterlər və problemləri dərsliyə əlavələrdə Azərbaycan dilində ədəbiyyatın azlıq təşkil etməsi idi.

Mediaturda Mətbuat Şurasının rəhbərliyi, Təhsil Nazirliyi və universitetin İctimai Şurasının üzvləri, valideynlər və KİV nümayəndələri iştirak edib. İştirakçıları universitetin auditoriyalarında imtahan prosesini izləyib və cavabların yoxlanılması haqqında məlumatlandırılıblar.

Rektor Vilayət Vəliyev bildirib ki, universitetdə imtahanlar test üsulu, yazılı və şifahi formalarda aparılır. Bütün imtahanlar "Elektron Universitet Portalı"vasitəsilə nəzarətə götürülür. İmtahanların nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranından görür. Onu da bildirək ki, bir dəfəyə 250 tələbə kompüter vasitəsilə test imtahanını verə bilir. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır.

Universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Münaqişə Komisiyası təşkil olunub. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir.

Münaqişə Komossiyasının üzvü Əlməmməd Nuriyev qeyd etdi ki, ötən il şuraya 39 şikayət daxil olub, onlardan 12 şikayət təmin olunub, 10 tələbə əşikayət əriəsini geri götürüb, qalanlarının şikayəti araşdırılır.

Daha sonra valideynlərin və mətbuat nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, yanvarın 7-dən başlayan və fevralın 7-nə kimi davam edəcək sessiya imtahanlarında hər hansı səbəbdən iştirak edə bilməyən tələbələr (magistrantlar) ərizə ilə müraciət edərək fevralın 15-dək həmin fənlərdən imtahan verə biləcəklər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
17:18 SDU-da "Açıq qapı" günü keçirildi - FOTOLAR Yanvarın 8-də Sumqayıt Dövlət Universitetinin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, qeyri-hökumət təşkilatları və KİV-lərin nümayəndələrinin iştirakı ilə 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına dair ənənəvi “Açıq qapı” günü
11:08 ATU-nun keçmiş əməkdaşı ölkə başçısına MÜRACİƏT ETDİ – “Fətullah Gülən universitetləri ilə əlaqəsi olan..." Azərbaycan Texnologiya Universitetinin kompüter mütəxəssisi Azər Allahverdiyev qarşılaşdığı problemlərlə bağlı ölkə başçısına müraciət edib. Onun müraciətini olduğu kimi dərc edirik: “Cənab Prezident İlham Əliyev! Dövlətimizin quruculuq işlərində apardığınız uğurlu siyasəti dəstəkləyir və Sizə
09:47 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ: İNKİŞAFIN YÜKSƏK MƏRHƏLƏSİNDƏ Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az