t s

» » 20 Yanvar xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsidir

20 Yanvar xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsidir

15-01-2020, 15:36 Yazar:  Samir Baxılıb: 99 Çap et
20 Yanvar xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsidir
20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizənin şanlı səhifəsidir. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirib.

Bu fikirlər Füzuli Tibb Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Füzuli Rayon İcra Hakimiyyətinin işçilərinin, Mərkəzi Xəstəxananın və Tibb Mərkəzinin həkim heyətinin iştirak etdiyi tədbirdə 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova, rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin baş direktoru Natiq Şükürov və başqaları çıxış edərək, 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıblar. Tədbirdə 20 Yanvar hadisələrinin şahidi olan həkimlər də faciə ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, tibb işçilərinin həmin gecə çətinliklə də olsa, canları bahasına yaralılara yardımından söz açıblar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:41 Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib - Foto+Video Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin bizlərə ərməğan etdiyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə və silsilə
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
15:17 Qanlı Yanvar faciəsinin 29-cu ildönümü qeyd edildi - QAZAXDA Bu gün Qazaxda “20 Yanvar faciəsi”nin 29-cu il dönümü qeyd olundu 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb.
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
22:09 “Muğam Dünyası” klubu 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirdi Son günlər istər respublikamızda, istərsə də Azərbaycan diasporunun mövcud olduğu xarici ölkələrdə 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimləri keçirilir. Kütləvi informasiya vasitələri həmin tədbirləri geniş şəkildə işıqlandırır. Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az