t s

» » Naxçıvanda “İnkişaf və tərəqqinin 25 ili” adlı rəsm sərgisi təşkil olunub

Naxçıvanda “İnkişaf və tərəqqinin 25 ili” adlı rəsm sərgisi təşkil olunub

15-01-2020, 11:34 Yazar:  Samir Baxılıb: 80 Çap et
Naxçıvanda “İnkişaf və tərəqqinin 25 ili” adlı rəsm sərgisi təşkil olunub
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 60 illik yubileyinə həsr olunmuş “İnkişaf və tərəqqinin 25 ili” adlı sərgi təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək Azərbaycanın gözəl və qədim Naxçıvan diyarında rəssamlıq sənətinə daim böyük maraq olduğunu bildirib. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində burada rəssamlığın və təsviri sənətin inkişafı sahəsində ardıcıl tədbirlər görülüb, ötən 25 il ərzində bu sahədə ciddi dönüşə nail olunub. Belə ki, Azərbaycanın ilk realist rəssamı, professional dəzgah boyakarlığının banisi Bəhruz Kəngərlinin adını daşıyan muzey, Rəssamlar Parkı yaradılıb, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonu təşkil edilib. Həmçinin Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət müəllimliyi və rəngkarlıq, Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisasları açılıb, rəssam emalatxanaları yeniləri ilə əvəz edilib, Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə Rəssamlar Birliyinin 40 illik yubileyi geniş şəkildə qeyd olunub, 2019-cu il 25 may tarixli Sərəncama əsasən muxtar respublikanın 95 illik yubileyi ilə əlaqədar Rəsm festivalı keçirilib.

“Göstərilən diqqət və qayğı sayəsində Rəssamlar Birliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən rəsm dərnəklərində ustad dərsləri keçilir və birliyin hamiliyinə verilən ali təhsil müəssisələri tələbələri ilə mütəmadi işlər aparılır, gənc rəssamların iştirakı ilə rəsm festivalları, müsabiqələr, sənət döyüşləri (Art Batle) və plenerlər təşkil olunur”, - deyən Ülviyyə Həmzəyeva vurğulayıb ki, naxçıvanlı rəssamlar mütəmadi olaraq muxtar respublika, ölkəmiqyaslı, beynəlxalq sərgi və festivallarda doğma Naxçıvanımızı yüksək səviyyədə təmsil edir, onların əməyi dövlətimiz tərəfindən qiymətləndirilir, fəxri adlarla təltif olunurlar. Bu gün qədim diyarımızda aparılan abadlıq, quruculuq, insanların rifahı üçün görülən genişmiqyaslı işlər biz rəssamlar üçün tükənməz ilham mənbəyinə çevrilib.

Rəssamlar Birliyinin sədri çıxışının sonunda muxtar respublikada rəssamlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə Rəssamlar Birliyi adından dərin minnətdarlığını bildirib, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Şərəf” ordeni ilə təltif edilməsi və 60 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, cansağlığı, muxtar respublikanın inkişafı naminə göstərdiyi yorulmaz fəaliyyətində uğurlar arzu edib.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, Memarlar Birliyinin sədri Heydər Əhmədov, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Cavid İsmayılov və Həbibə Allahverdiyeva çıxış edərək yazıçı və rəssamlara göstərilən diqqət və qayğıdan danışıb, muxtar respublika rəhbərinə yubiley təbriklərini çatdırıblar.

Sonra sərgiyə baxış olub. Ülviyyə Həmzəyevanın “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin portreti”, Sabir Məmmədlinin “Naxçıvan qurucusu”, Həbibə Allahverdiyevanın “Müdrik ideyaların işıqlı təcəssümü”, Səyyad Bayramovun “Gözəlləşən diyar”, Paşa Rəhimovun “Cənab Sədrimiz” və digər rəsm əsərləri maraqla qarşılanıb.

Qeyd edək ki, 14 rəssamın 60 əsəri nümayiş olunan sərgi bir neçə gün davam edəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az