t s

» » Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır

Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır

14-01-2020, 12:53 Yazar:  Firuzə Baxılıb: 39 Çap et
Kənd Təsərrüfatı Nazirliyi işçi axtarırKənd Təsərrüfatı Nazirliyi 435 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsabiqə üzrə müsahibə elan edib. Yanvarın 13-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb.

Mediaxeberleri.az xəbər verir ki, təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Müsahibə mərhələsi üzrə qeydiyyat fevralın 11-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, maliyyə, informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru və texniki nəzarətin təşkili sektoru üzrə müəyyənləşib.

http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=349&DoKod=208&fbclid=IwAR191OGGXenq8fx7NG9R0yWU5V6oRQF2Kb0az1wus7QYuxzFcwGHae_2_q0
http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=350&DoKod=208&fbclid=IwAR3VQw5BjQLA7tqqSSk0asUSWcGcezzhbiNnX2PxCMUMI3HcAVUM1FYoYyk





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:14 İşsizlərin NƏZƏRİNƏ! – Yeni iş yerlərinin SİYAHISI Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 5-7-ci təsnifatı üzrə B növünə aid olan ümumilikdə 8 dövlət orqanında 103 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edib. DİM-dən
14:47 Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib 15.03.2019-cu il tarixdə Qazaxda fəaliyyət göstərən şəhər bağçaları arasında ikinci dəfə olaraq ilin ən yaxşı bağçasının müəyyənləşdirilməsi məqsədilə genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və
19:29 Ali məktəblərə tələbə qəbulu elan edildi Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edib. Mərkəzdən Mediaxeberleri.az -a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə
13:30 Dövlət qulluğuna qəbul imtahanında rəhbər vəzifələr üzrə sertifikat əldə edən namizədlərin NƏZƏRİNƏ Dövlət qulluğuna qəbul imtahanında rəhbər vəzifələr üzrə sertifikat əldə edən namizədlərin nəzərinə Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 5-dən etibarən mərkəzi icra hakimiyyəti orqanlarında inzibati rəhbər vəzifələr üzrə müsabiqənin müsahibə və ümumi müsahibə elanlarını verib. Mediaxeberleri.az
09:13 Bu gündən ixtisas seçimi başladı İxtisas kodlarını, onların sayını və ardıcıl­lığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi elan edir. TQDK

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az