t s

» » Avtobus sürücülərinin özbaşınalığı davam edir: - Sərnişinlərdən isə səs çıxmır

Avtobus sürücülərinin özbaşınalığı davam edir: - Sərnişinlərdən isə səs çıxmır

14-01-2020, 12:30 Yazar:  Firuzə Baxılıb: 18 Çap et
Avtobus sürücülərinin özbaşınalığı davam edir: - Sərnişinlərdən isə səs çıxmırQaradağ rayonunda avtobusdan enmək istəyən sərnişin ağır xəsarət alıb. Hadisə Buta qəsəbəsində baş verib. 1980-ci il təvəllüdlü Elnur İsmayılov 126 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyib. Bu zaman o, hərəkət etməyə başlayan avtobusdan yerə yıxılıb. Kəllə-beyin travması diaqnozu qoyulan yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır. Məlumdur ki, ictimaiyyətdə ən ciddi və davamlı müzakirə olunan problemlərindən biri də marşrutlarla bağlıdır. Demək olar ki, hər gün mediada və sosial şəbəkələrdə avtobus sürücülərinin özbaşınalığını, sükan arxasında telefonla danışmaqlarını, hətta yeyib-içmələrini əks etdirən görüntülər yayılır. Ancaq bir sıra hadisələrdə sərnişinlər də tənqid olunur.

Ekspertlərin fikrincə, bəzi hallarda ictimai nəqliyyatda problem yaradanlar məhz sərnişinlərdir. Ancaq daha ciddi məqam sərnişinlərin sürücülərin yanlış hərəkətlərinə və davranışlarına laqeyd yanaşmaları, vaxtında reaksiya verməmələridir.

Onlar siqaret çəkir, ucadan danışır, musiqiyə qulaq asır, sərnişinlə kobud davranır və maşını harada gəldi saxlayır

Mövzu ilə bağlı “Şərq”ə fikirlərini bölüşən tanınmış jurnalist, siyasi ekspert Azər Həsrət də hesab edir ki, marşrutlarla bağlı problem təkcə sürücülərlə, avtobuslarla bağlı deyil.

Onun fikrincə, sərnişinlərin biganəliyi problemlərin birdəfəlik aradan qalxmasına imkan vermir:

“Hamımız az-çox ictimai nəqliyyatdan istifadə edirik. Mən özüm tez-tez metro və marşrutlardan istifadə edirəm. Açığı deyim ki, hər dəfə avtobusa minəndə əsəbiləşirəm. Bəzi sürücülərin özbaşınalığına hirslənirəm. Çünki sürücü siqaret çəkir, ucadan danışır, musiqiyə qulaq və sərnişinlə kobud rəftar edir. İstər-istəməz mənim kimi adam buna laqeyd qala bilmir və məcburiyyət qarşısında reaksiya verir. Hətta bəzən həmin sürücünün səviyyəsinə enəcək həddə çatıram. Ona görə də çox zaman mübahisədən qaçıram”.

A.Həsrət bildirib ki, sürücülərlə bağlı irad bildirəndə sərnişinlərdən heç kim ona dəstək vermir:

“Sürücü sükan arxasında siqaret çəkir, tüstüsünü içəri buraxır, amma avtobusdakılardan səs çıxmır. Səsini çıxaran isə tək qalır, insanlardan dəstək görmür. Əgər irad kütləvi şəkildə olarsa, ictimai mədəniyyəti bərpa etmək mümkündür. Sürücülərin dayanacaqlarda saxlamaması, bunun əvəzinə harda olsa saxlaması da ciddi problemlər yaradır. Yenə deyirəm, problemlər sadəcə “Baku Bus” və BNA-nın məsələsi deyil. Bu, ümumi ictimai problemdir. Hər bir sərnişin üzləşdiyi problemlə bağlı mövqeyini ortaya qoymalıdır. Şikayət etməkdən çəkinməməliyik”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az