t s

» » İşdən qeyri-qanuni çıxarılan 88 işçi öz işlərinə bərpa olundu

İşdən qeyri-qanuni çıxarılan 88 işçi öz işlərinə bərpa olundu

14-01-2020, 12:11 Yazar:  Firuzə Baxılıb: 30 Çap et
İşdən qeyri-qanuni çıxarılan 88 işçi öz işlərinə bərpa olunduDövlət Əmək Müfəttişliyi Xidməti ötən il işdən qeyri-qanuni şəkildə azad edilmiş 88 işçini öz işlərinə bərpa etdirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, 2019-cu ildə vətəndaş müraciətlərini araşdırarkən 88 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlərdən ibarət 178,7 min manat məbləğində vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Ödənilən vəsaitin 95,4 faizi əməkhaqlarından,qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:50 Qazax rayonu sosial-iqtisadi inkişafın yeni mərhələsində İnkişaf və tərəqqinin dəyişməz ünvanlarına çevrilən Qazax rayonu ölkənin səmərəli regional iqtisadi siyasətinə öz töhfələrini verməkdə davam etməkdədir. Regionların sosial-iqtisadi inkişafına, onların əhəmiyyətli istehsal gücünə, təminat qabiliyyətli iqtisadiyyata və digər amillərin vəhdətindən
13:05 İşdən çıxarılan 77 nəfəri nazir yenidən işə götürdü - Səbəb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin birinci yarımilində vətəndaş müraciətlərinin araşdırılması zamanı 77 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Nazirlikdən verilən məlumata görə,
12:17 ŞOK: İcra hakimiyyətləri, nazirliklər və digər dövlət qurumları BÜDCƏNİ BELƏ YEYİBLƏR - RƏSMİ İTTİHAM Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu ilin I yarısında apardığı nəzarət tədbirlərinin nəticələrini açıqlayıb. Mediaxeberleri.az xəbər verir ki, hesabat dövründə tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 9 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının
15:16 Gecikdirilmiş maaşlar ödənildi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində əmək qanunvericiliyinin pozulması, habelə əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Nazirlikdən
13:09 Qeyri-qanuni işdən qovulanlar öz işlərinə bərpa olundular Cərimələr tətbiq olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 489 min 400 manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Nazirlikdən Mediaxeberleri.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az