t s

» » Azərbaycanda xəstəxanada dəhşət: Əməliyyatdan sonra xəstənin daxilində qayçı qaldı

Azərbaycanda xəstəxanada dəhşət: Əməliyyatdan sonra xəstənin daxilində qayçı qaldı

14-01-2020, 11:58 Yazar:  Firuzə Baxılıb: 21 Çap et
Azərbaycanda xəstəxanada dəhşət: Əməliyyatdan sonra xəstənin daxilində qayçı qaldı Gəncə şəhərində şok hadisə yaşanıb.

Mediaxeberleri.az xəbər verir ki, həkimlər xəstə, 1953-cü il təvəllüdlü Orucova Laləzar Məhməmməd qızını əməliyyat edərkən bədənində qayçı qoyub.

Belə ki, Laləzar Məmmədova yay aylarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yırtıq və öd əməliyyatı edilib.

Bir neçə gün sonra evə buraxılıb. Lakin zaman keçdikcə qadının vəziyyəti pisləşib.

Yaxınları qadını dekabr ayının əvvəllərində özəl xəstəxanada müayinə etdirib.

Məlum olub ki, qadının bədənində yad cisim (əməliyyat qayçısı) var.

Laləzar Orucova bildirib ki, onu əməliyyat edən həkimlər qadını xəstəxanaya çağırıb və yenidən tələsik əməliyyat edib, qayçını onun bədənindən çıxarıblar.

“Tələsik məni əməliyyata saldılar, yaxınlarımdan heç kim yanımda yox idi. Yaxınlarım həkimdən mənim niyə əməliyyat edildiyimi soruşduqda, tamam başqa söz deyilib.

Oğlumun təkidi ilə özəl xəstəxanadan mənim müayinədən keçdiyim rentgen kağızını əldə etdik və bədənimdə qayçını gördük. İndi vəziyyətim getdikcə pisləşir, mənimlə kimsə maraqlanmır”.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elşad Əsgərov məsələyə münasibət bildirib. O qeyd edib ki, hadisədən xəbərdardır:

“Bizdə məsələ ilə bağlı məlumat var. Əməliyyatda iştirak edən həkimlər cəzalandırılıb, onlara töhmət verilib və xəbərdarlıq olunub. Bundan əlavə, xəstənin vəziyyəti mütəmadi nəzarətimizdədir, müalicəsi davam etdirilir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:41 Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib - Foto+Video Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin bizlərə ərməğan etdiyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə və silsilə
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
23:11 Bacısı ilə cinsi əlaqədə olan oğlan - "Onun hərəkətlərindən ehtiraslandım" “Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim” Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb. Hadisə 2012-ci ildə baş verib. Həmin ilin iyul ayında Rəvan
09:25 Bacısı ilə cinsi əlaqədə olan oğlan: Onun hərəkətlərindən ehtiraslandım “Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim”. Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb. Araşdırmalara görə, hadisə 2012-ci ildə baş verib. Həmin ilin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az