t s

» » Səfər Əbiyevin oğlu 19 milyonluq əmlaka necə sahib oldu?

Səfər Əbiyevin oğlu 19 milyonluq əmlaka necə sahib oldu?

14-01-2020, 09:55 Yazar:  Samir Baxılıb: 112 Çap et
Səfər Əbiyevin oğlu 19 milyonluq əmlaka necə sahib oldu?
Hazırda Çexiyada yaşadığı bildirilən keçmiş müdafiə naziri Səfər Əbiyevin böyük oğlu Ruslan Əbiyev də artıq 4 ildən çoxdur ki, Azərbaycanı tərk edib və İstanbulda, məşhur Laləli prospektində otelçilik şirkətini idarə edir.

“Yeni Sabah” xəbər verir ki, jurnalist Hafiz Babalının araşdırmasına görə, Ruslan Əbiyev İkiem Altın Otelcilik ve Turizm Ticaret Anonim Şirkətində əsas payları 2015-ci ilin dekabr ayında Azərbaycan vətəndaşları İmran Əhməd oğlu Məmmədovdan və İlham İbrahimovdan satın alıb. Şirkətin İdarə Heyətinə sədr seçiləndən 4 ay sonra onun kapitalını 11 milyon lirədən 19 milyon lirəyə qaldırıb.



Hazırda şirkətin 15,2 milyon lirə dəyərində səhmləri ona məxsusdur. 2019-cu ilin sonunda İkiem Altın Otelcilik ve Turizm Ticaret A.Ş. Hayriyye Tüccari, 33 ünvanından yaxınlıqdakı Laləli, 43 ünvanına köçüb. Hər iki ünvanda çoxsaylı ticarət və xidmət obyektləri fəaliyyət göstərir. Türkiyənin rəsmi mənbələrinə görə, Ruslan Əbiyev hələ də Bakıdakı "Qızıl Şərq” hərbi şəhərciyindəki mənzilində qeydiyyatdadır.

Bakıda onun Nəcəf bəy Vəzirov küçəsindəki mənzillərdən birində dövlət qeydiyyatına alınmış bir şirkəti də var. "Erebus” MMC-ni yaradarkən onun 22 yaşı vardı. 2015-ci ilin əvvəlində yerli media Ruslanın vergi orqanlarında çalışdığını yazırdı. Lakin indi vergi xidmətində bu adda şəxs yoxdur. Deyəsən, o da Azərbaycanı həmişəlik tərk edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:38 Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Respublika ərazisində əczaçılıq
08:38 Goranboyun icra başçısı Nizaməddin Quliyev bir ildə 18 milyon manatı nəyə sərf edib? Keçən həftə redaksiyaya daxil olan şikayət məktubuna əsasən “Bizim Yol” qəzetinin araşdırmasında Goranboy rayon İcra Hakimiyyətinə bir ildə ayrılan büdcə vəsaitlərinin əsas hissəsinin tenderdə tək təşkilata verildiyi ortaya çıxmışdı. Gözdən uzaq regionlara ayrılan pulların hansı sahələrə və necə
13:32 Goranboyun icra başçısı 18 milyon manatı hara xərcləyib? İlginc faktlar - ARAŞDIRMA Goranboy rəhbərliyi bir ildə 18 milyon manatı nəyə sərf edib? Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər tendersiz xərclənib, rayonda 5 il ərzində eyni işlər təkrar-təkrar “görülüb” Keçən həftə redaksiyaya daxil olan şikayət məktubuna əsasən "Bizim Yol" qəzetinin araşdırmasında Goranboy rayon

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az