t s

» » Böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbir

Böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbir

13-01-2020, 20:44 Yazar:  Samir Baxılıb: 181 Çap et
Böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbir
Bu gün Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyinin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbiri keçirilib.

Mediaxeberleri.Az
xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, media qurumlarının rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb.

Nəsimi yaradıcılığından söz açan nazir onun ədəbiyyat və fəlsəfi fikir tarixində özünəməxsus yeri olduğunu deyib. Qeyd edilib ki, Nəsiminin ədəbiyyatımızın inkişafında, zənginləşdirilməsində mühüm xidmətləri olub. Nəsimi yaradıcılığında humanizm ideyaları, insana sevgi, məhəbbət duyğuları əsas yer tutur.

C.Bayramov Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planına əsasən görülən işləri diqqətə çatdırıb. Bildirib ki, 2019-cu il ərzində ali təhsil müəssisələrində elmi konfrans, simpozium və seminarlar keçirilib. Həmçinin təhsil müəssisələrində şairin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgilər təşkil olunub. İl ərzində ümumi, peşə, orta-ixtisas və məktəbdənkənar təhsil müəssisələrində Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecələr və müsabiqələr də təşkil edilib.

Sonra Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri və dram dərnəyinin rəhbəri Bəhruz Vaqifoğlu tərəfindən Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmış “Mənəm” tamaşası nümayiş olunub.AZƏRTAC




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:11 Nəsiminin 650 illik yubileyi münasibətilə Goranboyda minlərlə ağac əkilib 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi
10:28 Qazaxda böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib Respublika Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi, Qazaxda da ədibin həyat və yaradıcılığına həsr edilmiş silsilə tədbirlər
09:10 Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib Noyabrın ayının 10-da “Qazax Xeyriyyə” İctimai Birliyinin təşkilatçılığı ilə Xalq yazıçısı, “İstiqlal” ordenli, Əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor, “Nəsimi” mükafatının ilk laureatı İsa Muğannaya (Hüseynov) həsr edilmiş “Yazıçı və bədii yaradıcılıq idealı” adlı Elmi-praktik
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az